172 - Son söz
SON SÖZ
Bu əsər milli çağda keçərlidir,
Milli devrimimizə yetərlidir.
1675 Fəlsəfə düşündürər
Araz “yoxsa” şeirinin xıridarı
Tənqid etmədən yox sansalar varı
(Udub, ata bilməsələr də yarı)
Qələmi “qoy” yerə dincəlsin barı
Qoy “top əti” edən danışsın yazsın
Ki “biliklənməsin, aldansın azsın”
“Zalımı bəzəsin, özü lüt gəzsin”
1676
Arazın adını heç çəkən yoxdur!
Olmaya reklamın zərəri çoxdur?
Şeiri düşmənlərə zəhərli oxdur?
Güvənilərmi Arazdan qorxana?
Arazın şeirinə qarşı çıxana?
1677
Hər düşüncə, bər inam olur olsun
Hər ideoloq adam olur olsun
Ulu Səttarxan babam olur olsun
Araz hər şeyə tənqidsəl yanaşar
Çünkü cəhlini gömmək üçün yaşar
1678
Tənqidçi istəməz ki, lider ola
İstər ki, lideri gətirə yola
Caydırmaya kütləni sağa, sola
Liderin hər bir suçuna göz yummaq,
Xəyanətdir ki, xaindən nə ummaq?
1679
Arazın şeirini yaymayan ovçu
Necə daşıyacaq bu qədər suçu?
O zaman ki, açılacaq ovucu
Gün bu gündürsə çəkinmə vur ölüm
Sabah hesab sorulacaqdır gülüm
1680
Olmaz ki, adını millətçi qoya
Üz-gözünə sürə devrimçi boya
Çağırmaya “Vətən” şeirimi toya
Arazı boykot etmək cinayətdir
Yoxsa cinayət nədən ibarətdir?
1681
“Azadtribun” ilə “Solgunaz”ım
Qoymadılar gözümdə qala arzım
Çünkü ışıq üzü gördü bu yazım
Arazın deyəcək sözü qalmadı
Alan aldı, almayan da almadı.
Yaxşı-pisimi məni doğub-böyüdən ulu xalqıma
borclu olduğum üçün minnətdaram.
Yaşasın Türk insanı!
Yaşasın bütöv Azərbaycan!
Yaşasın Turan!