Çap

171 - Federal dövlətin yurdu yadındır

Federal dövlətin yurdu yadındır.

    (“Ad mənim, yar özgənin”)

1670

Federalist “Türk”lər irançıdırlar,

Yəniantiazərbaycançıdırlar,  (Diqqət!)  <<

Ört-basdır edənlər yalançıdırlar;

Ört-basdır edən Əhməd bəy Obalı,

Yalan dedikcə artırır vəbalı.

1671

Federalist, Türkü bənzədər yerə,  (Surə 2, ayə 223)

İstər ki, Türkü Farsa ərə verə,  (Yox dədə qurbanın olum. Gülnaz)

Məhsulunu yazqı yazan Fars dərə;

& Federalist istər irançı edə,  (Əlirza Əsğərzadələr təkin)

Azərbaycan İrana ərə gedə,  (Yox dədə qurbanın olum. Gülnaz)

Boşamayan əri it təkin didə.   (Çeçən və Rus ordsu)

1672

Feodal rejimlərdə ər azaddır,

Yazqısını əri yazan arvaddır,

Federal dövlətlərin əri yaddır;  (Mərkəz = Bütöv İranı təmsil edən)

(~ Asılı dövlətlərin əri yaddır;)  (Fars əyalətinin federal dövləti)

Mərkəz sevmədiyi yazqını pozar,

Asılı dövlətinə yazqı yazar.   (Bizə nə qaldı ki?)

1673

Asılı dövlətin yurdu yadındır,<<<

Mədənləri ilə ordu yadındır,<<<

Ağır sənayesi, ordu yadındır,<<<

Əmniyyət organı, qardı yadındır,<<<

Haqq satıb, aldığı dərdi yadındır;<<<

Kölə ağasının yolundan caymaz,

Asılı dövləti BMT saymaz.

 

Asılı dövlətə dünya mal satmaz,

Milli pulu olmayan kama çatmaz.

 

Milli haqları satılan xalq quldur,

İstiqlal haqları qurtaran yoldur.

1674

Ovlamaq üçün od tutub alışma!   (və populerliyə son!)

Ağıl azdıranlar ilə yarışma!

(Sözünə qüvvət verməyə çalışma!)  (Günaz ümmətçiləri*)

Hər kəsin bildiyi sözdən danışma!

Taylarını satan ilə barışma!  (< Haqq verilməz, alınar.)

> Mərkəzə satılan haqlardan danış!  (Həm də detaylı)

Yoxsa irançı sürüsünə qarış!  (ki, çobanı Farsdır.)

(Yoxsa federalist “Türk”lərə qarış!)

   *- Ümmətçi düşünməz, inanar.

 

Yazdım ki, tariximiz də deməsin ki, demədilər.

24.06.2012