Çap

168 - Mehran deyir Dâvânı siz başlatdız

Mrhran deyir dâvânı siz başlatdız.

 (09.06.2012-de Günaz Tv-de iftiraçı irançıya qatıldı.)

1650

Nala-mıxa vuran Əlirza bəy,

Tozanaq qaldıran Əsğərzadə bəy,

İçirə bilsin deyə antitürk mey,

Demişdi “people” paltarını gey,

“People” “humanisti” yük daşıyır,

Türk sözcüyü “rasisti” yük daşıyır.

 

Unutdunmu nənən çarıq geyərdi,

Əsğərzadə sənə “rasist” deyərdi?

1651

Mehran deyər dâvânı siz başlatdız,

Çünki antitürk sözcüyü işlətdiz,

“Türk” adını “azəri”yə daşlatdız;

Siz yeniləşdirdiz köhnə dərdləri,

Mən də tanıtdım antitürk fərdləri.

1652

Mehran ifşa etdi antitürk ... yadı,

Dedi türkcədir dilimizin adı,  (“Azəri” ~ Zərdüşçü)

 “Azəri” deyil, Türkdür hər bir zadı;

Dedi “azərbaycan” adlı dil yoxdur,

Həm də “Azərbaycan” adlı el yoxdur.

1653

Mehran deyər antitürk kama çatmaz,

“Azərbaycan” toxumundan “Türk” bitməz.

“Azər” sözcüyü Türkü “Azər” etməz,

 “Azərbaycan”ın “Azər”i köksüzdür,

 (B. Arazca yox ki, məncə) yüksüzdür.

1654

Mehran Baharı azərbaycançıdır,

Mehrana çamır atan ... irançıdır,    <<

Federalistirançı və yalançıdır.

Mehran deyər Azərbaycandır ellər,

Qonşu ölkələrdə qalan tikələr.

1655

Mehran istər Azərbaycan qurtula;

Tikələri qonşulardan qırtıla,

Qırtılanları özünə artıra;

Yada yurdundan pay verməyən Mehran,

Torpaq dərdimizə bulubdur dərman.

1650

Millətləşmədən* dövlətləşmək** olmaz,

Federalist dərdimə dərman bulmaz,

Çapılan qazanc milli gölə dolmaz,

Federal dövləti çöpə atarlar,

Yazqı haqqımı satanı satarlar.

10.06.2012