166 - Mənim də yurdum bütövləşməlidir
Mənim də yurdum bütövləşməlidir.
Mənim də yurdum bütövləşməlidir,
Bütöv forması vətənləşməlidir,
Dış duvarları betonlaşmalıdır.
Bütövlüyü el gərçəkləşdirəcək,
Çirkinlərini göyçəkləşdirəcək.
Eli oyadan elin aydınıdır,
Yurdsevər edən ... aydın qadınıdır*,
Yenilən antiqadın budunudur.
Qadınsız problem çözülə bilməz,
Öldürücü dərdə düzülə bilməz.
*- Dinçi ümmətçi olar. Millətçiliyin antitezi olan ümmətçi-
lik isə dinsəl manqurtu “İran vətən”, “Ərəbistan vətəni”,
“cihan vətəni” edər. (Etməmişmi? Cənab ...!)
Çəlişkili fikirləri bizim Çaldıranda çöplüyə atıb, halvasını çalarlar.
Milli kin olmadan hərəkət olmaz,
Şüursuz hərəkət yolunu bulmaz,
Kinsiz-şüursuz xalq savaşa dalmaz,
Sən də öldür kin öldürən fikiri.
Ki olmaya iç düşmənin nökəri,
Ki olmaya dış düşmənin nökəri.
İç düşmən böldürüb mənim yurdumu,
Çünki təzyif edib ... milli ordumu,
Dış düşmən də artırıbdır dərdimi,
Gərçək düşmənim beşinci sütundur,
Beşinci sütunsuz xalqım ... bütündür.
Beşinci sütun deyər irançı ol!
Yəni bütövləşməyə yabançı ol!
İz itirməküçün də yalançı ol! (Diqqət!)
Beşinci sütunun ikinci şəkli,
Rus mafyasıdır ki, anlayar dərkli.
Beşinci sütun istər ki, Türk aza,*
Öz əliylə özünə qəbir qaza,
Yəni dış düşmən ona yazqı yaza.
Özgə öldürər milli iradəni,
Ki gərçəkləşdirməyə muradını.
*- Deyərlər: Zərurətlərin gərəkdirdiyi “Azərbaycanın
istiqlalının və bütövləşməsinin gərçəkləşməsini gə-
rəkli görməyən bugünkü dünya istəmədiyi üçün biz
Türklər də onun istəmədiyini istəməyirik.”
28.05.2012