Çap

163 - Budur istiqlalın təməl hədəfi

Budur

istiqlalın təməl hədəfi.

1612

Deyirlər “Bilgin edən ziyasıdır,”

“Bildiyini deməyən siyasıdır.”  (bilikləndirməyənləri tanı!)

(Bu işdən qazanan yad mafyasıdır;)           <<<

Deyirəm əməl tanıtar ki, kimdir,

Bilikləndirməyən şablon söz yemdir.  (diqqət!)

1613

İrançı “Türk” Türkü aldatmaq üçün,

Deyir nəyi vardır bugünkü Türkün,

(Guya) Fars Türkə çörək verir bu gün.

Araz deyir utanmaq yaxşı şeydir,

Farsistanı abad edən ... güneydir.  (Azərbaycanın ...)

1614

Azərbaycan xalqı öz gücü ilə,

Çörək qazanır, bəsləyir ailə,

Vergi verir sömürgəçi qatilə;

(+ Faiz verir sömürgəçi qatilə;)

Verdiyi ... vergiylə silah alınır,

Farsistanda ... dəmir yolu salınır.

1615

Farsistan çapmasa Azərbaycanı,

Vergisi, faizi, ləli, mərcnı,

Qoymaz çıxa Azərbaycanın canı;

Çapılmayan ... mədənlərin qazancı,

Gəlir sağlayar ki, ... çəkilə sancı.

1616

Azərbaycan istiqlalını alsa,

Qismət olmaz Türkün vergisi Farsa,

Silah aldırar Türk soylu ulusa,

 ... Şəhər saldırar Türk solu ulusa,

Azərbaycanın milli sərvətləri,

Abad edər şəhərləri, kəndləri.

1617

Başa salmaq olmaz heç bir inəyi,

İstiqlal öncə ayırar güneyi,                     <<<

Ki yurdunda qala çapılan şeyi;

Yurdunda qalsa çapılan sərvəti,

Qullanar həm xalqı, həm məmləkəti.

1618

İstiqlalın hədəfi burmamaqdır,

Özgə gücü ilə bəy durmamaqdır,           <<<

Çapdıran yad ferması qurmamaqdır;

Teknoloji ilə maşın ürətən,

İstiqlalına qovuşar ay vətən.

                           22.05.2012