161 - Milli şüur milli dövlət qurdurar
Milli şüur milli dövlət qurdurar.
1597
Azərbaycan manufaktur yurdudur,
Yerində sayması milli dərdidir,
Doktoru milli-demokrat fərdidir;
Çünki millət fərdlərdən oluşub,
Milli gücünü fərd ilə bölüşüb. (borcunu ödə!)
1598
Azərbaycan manufakturcu qalsa,
Özgələrə qulluq edər piyasa,
Qulluqçularına qoydurar yasa;
Azərbaycan fabrikator olmadan,
Məhrum olar cənnətdəki almadan.
1599
Fabrika millətini azad edər,
Geri qalmış yurdunu abad edər,
Özgə həm asılı, həm bərbad edər;
Çapılan qazanc yurdunu tərk edər,
Dişi ağrıyan ağrını dərk edər.
1600
Özgürlük lazımdır yazqı yazmağa,
Asılı qılan qanunu pozmağa,
Geriçiliyin kökünü qazmağa;
Geriçi satqının yolunu gedər,
Eşit hüquqluluqdan yoxsun edər.
1601
Muntaj fabrika xaricdən yollanar,
Sənin verdiyin vergini qullanar,
Ucuz iş gücü işlədib, pullanar;
Muntaj fabrika özgənin malıdır,* (malisərmayə)
Özgə malının sahibi ... zalıdır.
*- Ağalıq ilə sərmayə satılmaz.
1602
Özgənin qazancı yurdu tərk edər,
Yurdu tərk edən qazanc olar hədər,
Həm də qoymaz ifşa edə ... pişəvər;
Özgə qazancı dövlətə verər pay,
Deyər sümük gəmir ki, yerində say.
1603
Hər millətçi millətçi ola bilməz,
Hər qazanc öz gölünə dola bilməz,
Cahil doğru yolunu bula bilməz;
Siyasi iqtisaddan bilməyən Türk,
Milli inkişafı edə bilməz dərk.
1604
Sözün düzlüyünü əməldə ara!
Hər bir əyriliyi təməldə ara!
Yoxsa yerdə yox ki, həməldə ara!
Milli iqtisad milli şüur doğar,
Qeyri milli milli şüuru boğar.*
*- Görəsən Avrupada da böylədi,
Qeyri milli milli şüuru boğar.*
1605
Həm işçi, həm əsnaf, həm bazar əhli,
Oyanmış olsalar, gömərlər cəhli,
Şüurlu xalqa baş əyər silahlı;
Milli şüur milli dövlət qurdurar,
İnkişafı durduranı durdurar.
19.05.2012