Çap

160 - Milli dövlət xalqın yolunu gedər

Milli dövlət xalqın yolunu gedər.

1590

Demokrat olmayan Türk milli deyil,

Demokrat edən onun meyli deyil,

Çünki zərurətlərdən boylu deyil;

Demokrat sərbəst edər ... sərmayəni,

Ki gərçəkləşdirə milli qayəni.

1591

Milli qayə milli inkişafıdır,

Gərçəkləşdirə bilən əsnafıdır,   (~ pişəvər)

Durduran dəllalı və əşrafıdır;

Əsnaf qoymaz ki, ölkəsi çapıla,

İstər dərdinin çarəsi tapıla.

1592

Milli dövlət xalqın yolunu gedər,

Milli dövləti olan kama yetər,

Manufakturunu fabrika edər;

Əsnafın qzancı faz dəyişdirər,    <<<

Ürətim güclərini gəlişdirər,

İnkişafı hədəfə irişdirər.

1593

Devrimi, ürətim gücləri yapar,

Teknoloji ürətməyə əl tapar,

Yoxsa asılı edən özgə çapar;

Ürətim güclərindən yana dövlət,

Həm də milli dövlət sayılar, millət!

1594

Ticarı sərmayə dəllallıq edər,

Ürətən fermanın yolunu gedər,

Yəni fermacı təyin edər qədər;       <<<

Vətən malı alıb-satan millidir,

Yoxsa biganələrdən asılıdır.

1595

Xalqım milli satqınlardan bezəcək,

Milli sinifin peşində gəzəcək,

İşsizin dərdini əsnaf çözəcək,

Onda ki, dərdinə çarə bulacaq,

Manufakturu fabrika olacaq.

1596

Öncə manufaktur fabrika olar,

Sonra ürətici savaşa dalar,

Sinfi savaş siyasi şəkli bular,

O siyasi güc ki, qələbə çalar,

Ürətim aracına malik olar.

18.05.2012