157 - Harda milli devrim zərurət tapar
Harda milli devrim zərurət tapar?
1563
Hərəkətsiz yerin günəşi doğmaz,
Yeni məzmun köhnə şəklinə sığmaz,
Heç bir məzmun inkişafını boğmaz ;
Harda məzmunla şəkl davası qopar,
Orda dərdin həlli zərurət tapar.
(Orda bağımsızlıq zərurət tapar.)
1564
Davamız mülkiyyət şəkli üstədir, <<<
Çünki malik özgədir, ya xəstədir,
Devrilənlərin adları listədir; (listədədir)
Ya yurdumu qəsb etmiş dış düşmandır,
Ya iç düşməndir ki, yeri “orman”dır.
1565
Yurdumun gülləri saralıb-solub,
Çünki maliki özgə millət olub,
Qurtuluşunu istiqlalda bulub,
Mülkiyyətin şəkli dəyişmək üçün,
Türkə bağımsızlıq lazımdır bu gün.
(Türkə milli devrim lazımdır bu gün.)
1566
Kölə odur ki, öz yolundan aza,
Malik odur ki, yazqısını yaza,
Kölənin yazdığı yazqını poza; (federal dövləti təkin)
Federalist gərəkli yolu getməz,
Çünki malik olmaq davası etməz. <<<
1567
Federalistin ağası özgədir,
Yurdu mərkəzdən ayrılmaz bölgədir,
Sanki mərkəzin saldığı kölgədir;
Malik olmayanın ... ordusu olmaz,
Ordusuz xalq dərdinə çarə bulmaz.
1568
Farsistan Azərbaycanı çapmasa,
Çapdığı pulla Farsistan yapmasa,
Millidərdlərinə dərman tapmasa,
Farsistan Azərbaycana deyər ki,
Ayrıl məndan ki, ... bəsləməyəm Türkü.
Hidayət bəy də “göydə qapa tükü”.*
*- İstiqlal bayrağımızı qaldıran İnsafəli bəy
Hidayətin bilməsi gərəkir.
04.05.2012