Çap

156 - Dost da iç düşmənin yolunu gedir!

Dost da iç düşmənin yolunu gedir!

1555

Türkün iç düşməni olan ağalar,   (tacir, mülkədar)

(+ Türk kökənli antiqadın dığalar,)

Qorxdular ki, Türkün dərdi sağalar,

Türkü satdılar ki, çapa yağılar;     (dış düşmənlər)

Dün təkin bu gün də “... sümük atılır”,

Pişəvəri təkin Araz satılır.

1556

Türkün satqını xan ilə dəllaldır,    (komprador burjuvazi)

Bu düşüncə xəyal deyil, realdır.  (“şəxsi fikir” deyil)

Satqınından yardım uman xəyaldır;

Türkü Farsa satan tacirdir, xandır,

Sərvəti çapılan Azərbaycandır.

(Varlığı məhv olan Azərbaycandır.)

1557

Hansı Türk soylu mülkədar türkçüdür?

Hansı Türk soylu komprador türkçüdür?

Hansı Türk soylu iqtidar türkçüdür?

Antitürkün xəsmi istiqlalçıdır,

Siyasi təmsilçisi federalçıdır.   (fəhlə qılıflı cənablar)

1558

Beşinci sütun öz içimizdədir,    (federalislər və ...)

Hizlik isə, cahil keçimizdədir,   (A. işarədən qanar)

Teorudan qorxan elçimizdədir;    (boykotçu dostlar)

Arazizmi iç düşmən boykot edir,

Dost da iç düşmənin yolunu gedir!

1559

Mülkiyyət davası qaldıran sevda,

Kölə olmaz ki, malik ola ... Xuda

Düşmənin ordusunu soxmaz yurda;

Qurtulmuş yurdun hər şeyi qurtular,

Vətən xaininin qarnı yırtılar.

1560

Araz türkçü ruhları diriltibdir,

Hədəfin yollarını bəlirtibdir,           <<<

(Milli dost-düşmənini bəlirtibdir.)

Sindirilməsi üçün əritibdir,

Araz TEORİZƏ edib devrimi,

Boykotçu, xəsmə qapdırır yavrumu.

1561

Boykot etmə də, alma da ağrımı,

Həm də çaş-baş salma cahil yarumu,

Gəl Teorizə et milli devrimi;   (“tərif”lərlə uğraşma!)

Teoru ələ alar hər bir dalı,          (1)

Çözümlyib-sonuçlayar realı,       (2) (3) (4)

Bilimsəl, sistəmli görməz zavalı. (5) (6)

1562

Teorizə edə bilməyən qardaş,

Qısqanclığının başına salsan daş,

Göz-qulağın açılar yavaş-yavaş,

Görərsən ki, Araz o yolu gedib,    <<<

Milli devrimi TEORİZƏ edib.

07.05.2012        Baltacı Araz