Çap

154 - Elçibəyin səhvindən öyrənəlim.

Elçibəyin səhvindən öyrənəlim.

(Siyasətçi geri qalıb elimdən,)    (elçibəyçi)

(Bu səbəbdən tənqid yağır dilimdən.)

1535

Elçibəyi dəstəkləyən olmadı,

Çünkü sinfi dərdə çarə bulmadı,

Azadlıq meydanı daha dolmadı;

Elçibəy kütləni satdı qurana,

Kütlə də dəstək vermədi “çoban”a.

1536

Azadlıq meydanına toplaşan el,

Axmadı ki, Elçibəyə ola sel,

Yoxsa kimsə əsdirə bilməzdi yel;

Suçlu, qurana and içən Bəy idi,

Günaha batıran dinsəl mey idi.

1537

Kütlə çağdaş liderdən yana idi,

Elçibəy irtica paltarı geydi,

Çünkü məclisdə qurana baş əydi;

Dinsiz dövləti təcrübə etmiş el,  <

Bağlaya bilməzdi Elçibəyə bel:

1538

Bağlaya bilsəydi Elçibəyə bel,  (Gürcü təkin >)

Şərq-ə qarşı qərb-dən əsdirərdi yel,

Surət Hüseynovu devirərdi el;   (Qiyam etsəydi)

Elindən başqa nəyin, kimin vardır?

Elini kölə edən insan xardır. (Qurana sa.)

1539

Həm eşit hüquqluluq, həm də rifah,  (Diqqət)

Yetmiş ilxalqa çəkdirməmişdi ... ah,

Bu səbəbdən Heydəri eylədi “şah”.

Heydərin özü yox, şəkli dəyişdi,

Gizli planı hədəfə irişdi.    (Qarabağ ...)

1540

Kütlə ən başda rifaha düşünər,

Eşitlikdən yana şaha düşünər,

Sonra etdiyi günaha düşünər;

Liderliyi el devr etdi Heydərə,

Qoyduğu əməklər getdi hədərə.

1541

Otay keçmiş yetmiş ildə uyudu,

Oyandı gördü ki, ... ölən soyudu, (Yanvar, Xocalı)

Qurana satılan onun oyudu;     (oy ~ səs)

Sekular oyu qurana satan ... Bəy,   <<<

Qazandığı güvəni eylədi zay.

1542

Otay sinfi savaşda bulunmayıb,      (maya)

Politika qatığı çalınmayıb,  (sinfi xətti-hərəkət)

Verilməz heç bir haqqı alınmayıb;

Otaylı siyasinin səhvi çoxdur,

Çünki siyasi təcrübəsi yoxdur.*

 

(Şablon sözlərdə siyasi arama!)

(Bəs-bəlli dərman lazımdır yarama.)

 

      *- Yeri gəlmişkən artırıb deməliyəm ki, olayları olay-

lar bitdikdən sonra, məmə yeyəndən pəpə yeyənə

qədər bilikləndikdən sonra, və onların bildikləri

jurnalisti biliklər əsasında açıqlayıb və açıqlarkən

beş-on latincə siyasi sözcük işlətdikləri üçün adlari-

nısiyasi təhlillər qoyurlar:

1- “Qoyun olmayan yerdə keçiyə Əbdolkərim deyərlər.”

2- Jurnalist olayın içini görməz.

3- Hansı oğru öz romanını yazar?

4- İnsanlığa Marx, Rusa Lenin, Türkə kim lazımdır?

1543

Geriçiliyin sonucu bu oldu:

Milli-gücümüzün gülləri soldu,

Qarabağın bütövü işqal oldu,

Suçları yıxdı xalqımın boynuna,

Ki bir daha gəlməyə oyununa.

1544

Elçibəyin səhvindən dərs alalım,*

Məzlum kütlənin dərdinə qalalım,

Kütlənin xeyrinə zurna çalalım;

Eşitlik ilə rifah olan yerdə,

Heç bir millət giriftar olmaz dərdə.

 

     *- Oy-ları satmayan partıya səs ver!    <<<

Dündən öyrən ki, yarınlara dərs ver!

1545

Çünki kütlə eşitliyə düşünər,*

Gərəkirsə dinsizliyə daşınar,   (Sıra güneydə)

Zərdüşdən sonra islamdan boşanar,

Eşitçi milləti kütlə qoruyar,

(Sekular milləti kütlə qoruyar,)      <<<

Qorunmayan yerli-dibli quruyar.

 

      *- Cənab Elçibəy və elçibəyçilər, o cümlədən

hansı ağıllı qadın, qadını hər sahədə erkəyə

kölə edən quranın antiqadın ayələrini mə-

nimsəyər, yaxud eşitlikdən yana olmaz?

 

“Tanrı türkü qorusun.” deyən İsa bəy Qənbər günaz

tv-dəki çıxışında deyirdi: “Biz xalqımızı aksiyalarımı-

za dəvət edirik. Xalqımız isə aksiyalarımıza qatılmır.”

İsa bəy niyə qatılmayır? Olmaya “təhqir”ə laiqdir?

Haçan baş qaldırdın Qarabağ üçün?

Ki bağışlana yirmi illik suçun.

1546

İsa bəy savaşır iqtidar ola,

İqtidar olmadan öncə kök sala,

Qarabağ işqalçı əlində qala;       <<<

İsa bəy bilməyir qaçan qovular,

Deyir öncə rəqib burnu ovular.

1547

İsa bəy savaşmır Qarabağ üçün,

Deyir qaçmayır ki, qovula Laçın,

Demokrası uğrunda tükət gücün;

İsa bəy deyir öncə biz qurtulaq,  (nağd)

Sonra Qarabağı geri qaytaraq.*  (nisyə)

 

     *- “Eşşəyim ölmə arpa bitincə,

arpa bitmə torba tikincə.”

 

Doğrudur, “Tanrı Türkü qorusun.” deyən

İsa bəy, yəni iqtidar olduqdan sonra kütlə-

nın oyunu qurana satacaq İsa bəy Qənbər

bugün nə fəqət sekularizm (1) üçün, bəlkə

Qarabağ (2) üçün də savaşmayır.

Böyük oğlan olduqdan sonra savaşacaqdır.

İnşaallah.

1548

“Tanrı türkü qorusun.” deyən İsa,*   (Qənbər)

Bilir Tanrı-dır qurandakı yasa,**

ki qoruduğunun xəsmini asa.  (Qadın, demokrat, sekular.)

Sekularizmi din ilgiləndirməz,

Antisekularist bilgiləndirməz.

 

      *- Jurnalist şüarın içini görməz:

(Örnək: Azadi kimdən, kim üçün, nə üçün?)

“Tanrı türkü qorusun.”, yəni quranın o cümlə-

dən antiqadın ayələri icra olsunlar ki, o ayələr-

dən yararlan ... ata-bəyçilər ziyan görməsinlər.

 

   **- Qanun-un özü həm də qanun yazanın özüdür

və o da tanrı-dır.

Biz qanundan bir şey bəkləyiriksə, bunun ən

bəsit anlamı odur ki, biz qanunu tanıyıb ona

uymağa çalışırıq...

Mənim gerçək ağam və yönləndiricim olan

Tanrı ilə həmsəfər olmağa qərar verdim...”

(Çevirən Güntay Gəncalp)

23.04.2012