152 - Azərbaycan Türkü, nədir cavabın? (3)
Azərbaycan
Türkü, nədir cavabın? (3)
1506
Azərbaycan Türkü, nədir ədalət?
Ədalətsizliq doğmazmı ... rəzalət?
Rəzalətə baş əyərmi şərafət?
Nədir insan haqlərının amacı?
Niyə qardaş qədər pay almır bacı?
(Niyə tarla sayılır ərli bacı?)
(. . . . . . . . . . . . . . . . . . . . .?)
(Niyə din düşməni olmasın bacı?)
1507
Azərbaycan Türkü, kim adil deyil?
Kim insan haqlarına deyər yeyil?
Kim deyər zalımın önündə əyil?
Kim öldürər oyadıcı aydını?
Kim öldürər müsavatçı qadını?
1508 *- Qurandakı dinə görə
Azərbaycan Türkü, kim əxlaqsızdır?
Kim insan haqlarına maraqsızdır?
Kimə görə müsavatçı “haqsız”dır?*
Əxlaqsız haqları gömən deyilmi?
Haqların düşməni düşmən deyilmi?
1509
Azərbaycan Türkü, kim kimi əzir?
Kim kimi aldadır ki, ala nəzir?
Kim kimi bəzəyir, özü lüt gəzir?*
Nədir insan haqları ilə rifah?
Kim xalqa yedirir nalə ilə ah?
*- Manqurtun həm milli, həm sinfi şəkli olar.
1510
Azərbaycan Türkü, kim kama çatır?
Kim ucuz aldığını baha satır?
Kim işləmədən yeyir, içir, yatır?
Niyə hər şey iş-gücündən bahadır? <<<
Hansı davanın xeyri rifahadır?
1511 *- Milli-demokratik
Azərbaycan Türkü, kim ağıllıdır?
Niyə hər devrimin şəkli bəllidir?*
Niyə ancaq demokrat Türk millidir?** (Diqqət!)
Çünkü milli yurdunu gəlişdirər,
**- (Çünkü mövcud düzəni dəyişdirər,) (Diqqət!)
İstiqlalı hədəfə irişdirər. (Avrupa təkin)
1512
Azərbaycan Türkü, kim istər azam?
Kim istəməz yazqımı özüm yazam?*
Kim istəməz kirli ayəni pozam?** (qanunu)
*- Kim istər istiqlal haqqımı gömə?
Kim ovlanar federalisti yemə?
**- Kim haqq verməz ki, qadın qazı ola?
Kim istəməz haqlı haqqını ala?
1513
Azərbaycan Türkü, kim manqurt edər?
Kim manqurt edənin yolunu gedər?
Kim savaşı uduzar, yaxud udar?
Haçan xalqım özünə gələcəkdir?
Haçan xalqımın üzü güləcəkdir?
1514
Azərbaycan Türkü, hansı yol düzdür?
Kimin vədələri içiboş sözdür?
Astarını istəyən hansı üzdür?
Kim istəməz Araz xalqı oyada?*
Kim çağırmaz arazizmi toya da?
*- Oxuyan yoxdursa mənim şerimi,
Məndən yaxşısı doldursun yerimi!
“Ay şəbistərli qardaşlar, sizə mən neylə-
mişəm?” mirzə Ələkbər Möcüz
Cavab:
Türk soylu Rus mafyası ilə irançı Türklərin və
irticaçı olduqları üçün Baltacı Arazı boykot
edən Türklərin həm özlərinin, həm də gələcək-
dəki xələflərinin gərçək üzlərini ortaya çıxardıb
və tanıtmışam ki, aldadıb-azdıra bilməsinlər.
20.07.2011