152 - Azərbaycan Türkü, nədir cavabın? (2)
Azərbaycan
Türkü, nədi cavabın? (2)
1497
Azərbaycan Türkü, nədir hədəfin?
Kim istər bağımsız ola xələfin? (Hədəfin istər.)
Kim istər köklü ola inkişafın?
Kim Avrupanı sənayeləşdirib?
Kim montajçını ənayiləşdirib?
1498
Azərbaycan Türkü, nədir istiqlal?
Kim qoymaz ki, ola qullanılan mal?
Kim deyər bağımsız edər beytolmal ?
Kim deyər ki, öz yazqını özün yaz?
Kim deyər köləliyin kökünü qaz?
1499
Azərbaycan Türkü, kimdir feodal?
Kim sanar arvadını asılı mal? (milli kölələrini)
Kim edər hər evini bir federal? (sömürgələrini)
Kim istər ki, ola ərbabin malı? (milli köləsi)
Kim köləliyə satmaz istiqlalı?
Siyasəti iqtisad ilə izah etməkdən qorxan soydaşlar istərlər ki,
(1-) Dış düşmənlərimizin ölçüləri və metodları ilə milli problem-
lərimizin çözümünə düşünək.
(2-) Milli haqlarımızı satmaqla birlikdə, milli inkişafımızındüşmənləri
olan feodal yapılı iç düşmənlərimizin ölçüləri və metodları ilə iç
problemlərimizin çözümünə düşünək.
Elə ona görə, >
(1-) Deməzlər ki, bağımsızlıq qurtarar beytülmalı.
(2-) Deməzlər ki; Quran istər ki, kölə, kölə qala / İstəməz ve-
rilməz haqqını ala / İstəməz istiqlal haqqını ala / İstəməz bi-
reysəl haqqını ala.
(3-) Deyərlər ki, a- qızıl boşqabda federalizm sunmuş sömür-
gəçi Rus milləti təkin milli kölələrinə federalizm sunacaq sö-
mürgəçi Fars millətinin don dəyişdirəcək ölçüləri ilə metodları
lazımdır bizə (Müftə qanınız var isə buyurun!).
b- Özgələrin kölgəsinə dönüşmək üçün, özgələrdən asılı edən
montajçılıq ilə kompradorizm lazımdır bizə.
Görəsən kim çinlini dinsiz etdi, (Dinsiz öz yazqısını özü yazar.)
Dörd yüz illik yolu qırx ildə getdi.* (Deməyin demədilər.)
*- Çininə milli inkişafı açısından baxınız.
1500
Azərbaycan Türkü, kim irançıdır?
Kim bölünmüş tayına yabancıdır?
Niyə həm yabancı, həm yalançıdır?
Kim Səməd Vurğunları manqurt etdi?
Kim Məmmədəminin yolunu getdi?
1501
Azərbaycan Türkü, kim sekulardır?
Kim quranın Allahı təkin kardır?
Kim yazqı haqqımı gömən murdardır?
Kim quran təkin qadın düşmanıdır?
Hansı dəyərlər dərdin dərmanıdır?
(Müsavatçılıq fərdin dərmanıdır.)
(Dinsizliq dövlətlərin dərmanıdır.)
1502
Azərbaycan Türkü, kim demokratdır?
Niyə allahlıq gömüləcək zaddır?
Niyə düşmənin dinsəl etiqaddır?
Kim insan haqlarını edər yasaq?
(Kim bireysəl haqları edər yasaq?)
Kim deyər tənqidçini gərək asaq?
1503 *- Yalançı, fırıldaxçı, ...
Azərbaycan Türkü, kim diktatordur?
Diktator ürətənhansı faktordur?
Kim həm ditatordur, həm də aktordur?*
Eşit hüquqluluqdan yana kimdir?
Dinin öldürdüyü niyə cisimdir? (Ayələrə ...)
1504
Azərbaycan Türkü, kim nə öyrədir?
Kim dərman edən düşüncə ürətir?
Hansı düşüncə maniə törədir? (sansorçu ...)
Kim xalqı çaş-baş salan yazı yazır?
Kim ... xanxanlığın məzarını qazır?
1505
Azərbaycan Türkü, nədir xəyanət?
Niyə fərdi haqdan olmur himayət?
Haqq öldürmək sayılmazmı cinayət?
Hər kəsin təbliğ və tənqid haqqı var,
Yaxşıya hörmət edərlər, pisi xar.
12.07.2011