152 - Azərbaycan Türkü, nədir cavabın? (1)
Azərbaycan
Türkü, nədi cavabın? (1)
1484 *- Hədəf zərurətdən doğar.
Azərbaycan Türkü, nədir zərurət?
Uça bilərmi tək qanadlı millət?
Güclənməzmi bütövləşsə məmləkət?
Əl əlin qardaşımı, yoxsa özü?
Niyə əl əli yuyar, əl də üzü?* (Haçan?)
1485
Azərbaycan Türkü, hanı qeyrətin?
Savaş meydanlarındakı cürətin?
Milli düşmənini yenən qüdrətin?
Qeyrətinin içinə kim qusubdur?
Ki işqalçılara qarşı susubdur?
Bölünməz millətin milli varlıqlarına aid
mülkiyyət haqqı bölünməzdır.
1486
Azərbaycan Türkü, hanı Qarabağ?
Niyə qurtarmırsan ola üzün ağ?
Niyə saqqalına gülməsin bu çağ?
Kim silahlandıracaqdır ordunu?
Kim qurtaracaqdır sənin yurdunu?
1487
Azərbaycan Türkü, hanı namusun?
Kimdir Qarabağı satan dəyyusun?
(Kimdir namusunu satan dəyyusun?)
Niyə dəyyussevər olub ulusun?
Hansı ordu qurtarmayıb yurdunu?
Kim namussuz edib sənin ordunu?
1488
Azərbaycan Türkü, hanı Laçının?
Kim deyir işqalçı ilə keçinin?
Vətən uğrunda savaşdan qaçının?
“Müftə neft”in xeyri nədir Laçına?
Hansı əmniyyət düşünməz suçuna?
1489
Azərbaycan Türkü, kim səni satıb?
Kim səni Farsın naxırına qatıb?
Hansı sinfin xeyrinə ... adın batıb?
İç düşməndən başqa kim satar Türkü?
Haçan qazılacaq düşmənin kökü?
1490
Azərbaycan Türkü, kim dərdə salıb?
Kim də Qarabağ yerinə sülh alıb?
Niyə yurdun işqal altında qalıb?
Hansı atəşkəs on altı il sürüb?
Kim atəşkəsi pozan Türkü burub?
1491
Azərbaycan Türkü, nədir dərmanı?
Hansı dərman yaxşı edər yamanı?
Öldürməzmi öldürməsən düşmanı?
Kim geri qaytarıb aldığı yeri?
Hansı ölü xortlayıb-olub diri?
1492
Azərbaycan Türkü, kim səni burub?
Burmaq üçün hansı planı qurub?
Kim yasında toy tutanları vurub?
İç düşmən budağın kökü deyilmi?
Türkü satan satqın Türkü deyilmi?
1493
Azərbaycan Türkü, kimdir düşmanın?
Niyə düşünməyə yoxdur zamanın?
Niyə zaman öldürür tar-kamanın?
Kim xalqı yas günündə əyləndirər?
Kim Şuşanı özündən iyrəndirər?
1494
Azərbaycan Türkü, niyə yatmısan?
Ağlını hansı şairə satmısan?
Kim burubdur ki, günaha batmısan?
Nə çıxar füzulunun qəzəlindən?
Ümmətçi yetişdirən saz əlindən?
(Dilənçi yetişdirən saz əlindən?)
*- Nə çıxar Səməd Vurğunun şerindən?
Səmədləri manqurt edən Lenindən?
1495 *- Mümkün deyil.
Azərbaycan Türkü, hanı bə dərkin?
Kim oyadacaq səni Araz təkin?*
Kim sansorçulara bəsləyəcək kin? <<<
Kim boykotçulara bəsləyəcək kin? <<<
Kim qoymuyacaq ki, kin söndürə din?
Kim qurtaracaq Arazın şerini?
Ki tanıyalar ... düz ilə əyryni?
1496
Azərbaycan Türkü, nədir cavabın?
Haçan başlanacaqdır inqilabın?
Hacan son bulacaq dərdin, əzabın?
İnqilabsız milli dövlət qurulmaz,
Milli dövlətin ordusu burulmaz.
İnanma rusqulu hakimiyyətə,
Savaşı uğradar məğlubiyyətə.
09.07.2011