Çap

151 - “Biz”ə əmniyyət lazımdır, nə ... Laçın

  “Biz”ə

əmniyyət lazımdır, nə ... Laçın.

1478

Montaj ferma imtiyazı satırıq,

(+ Neft ferması imtiyazı satırıq,)

Rüşvət alıb, yeyib, içib, yatırıq,    <<<

İşçi ürətib, sürüyə qatırıq,

Sağılan südümüz yurdu tərk edir,

(Artıq dəyərimiz yurdu tərk edir,)

Montaj ferma quran ölkəyə gedir.

Neft ferması quran ölkəyə gedir.

1479   (Sərmayə ilə ağalıq satılmaz.)

Ək dəyər fermaçı məmləkətindir,

Rüşvət imtiyaz satan brökratındır,*

İdarəçilik payı dövlətindir,

Öyrənmədən siyasətə qatılma!

Özün ol ki, özgələrə satılma!

 

*- Rüşvət ilə millət vəkillərinin səslərini alan dövlət

    başçılarından söz gedir ki, həm də dövlətə yetişən

    idarəçilik payından çalırlar.

1480   (Çinlidən yox, Türkdən sor gör ...?)

Milli iqtisaddan sor gör nə deyir?

Deyir qazancımızı özgə yeyir,

Montajdan ölkəmiz görməyi xeyir;

      1- Yurd bizimdir, fermalar özgələrin,    <<<

Karımız sömürgəçi ölkələrin.

      2- Ad bizimdir, bankalar özgələrin,       <<<

Verdiyimiz faiz yad ölkələrin.

1481

Biz adam qayırırıq özgələrə,        (1)

Çapdırırıq yabancı ölkələrə,         (2)

Rüşvət qazandırırıq tülkülərə,      (3)

Deyirik Azərbaycan “abad” olub,

Halbuki sömürgəçi azad olub.

1482

Sömürgəçiliyin üçüncü şəkli,

Cahilə seçdirir millət vəkili,

Şah qıldığına sürdürür kəkili,  (~ Tac)

Deyir yabancı sərmayələr üçün,

“Biz”ə əmniyyət lazımdır, nə ... Laçın.

 

Dövlət deyir yurd üçün qıyma cana,

Sülh qaytarar yurdu Azərbaycana.

1483  (Külfətin yazqısını ağası yazar.)

(Sömürgəçiliyin ikinci şəkli,)

(Federalizmdir ki, edər asılı,)

(Deyər azad olsun burulmuş dili,)

(Mərkəzə hakim millətin dövləti,)

(Başqa dövlətləri etsin külfəti.)

 

(Deyər dil haqqını ver ki, sapmasın,)

(Yəni reform et ki, devrim yapmasın,)

(Çapdığın yurdu İrandan qopmasın.)

23.10.2011