Çap

150 - Qeyrətsizliyin qurbanı ... Laçındır

   Qeyrətsizliyin

qurbanı ... Laçındır.

 (18.10.2011) Dövlət müstəqilliyi günü

1472

Röyamda gördüm Dağıstan çobanı,

İşqal edib Sumqayıtı, Qubanı,

Türkü ölümdən qurtarıb dabanı;

İşqalçı Dağıstan Türkü köçdürüb,

Dirənən Türkün qanını içdirib.

 

*- Soy qırımına uğradılan bugünkü məzlum

    Türkün qurtulması üçün dabanından baş-

    qa harayına çatacaq nəyi (hansı silahı) və

    kimi (hansı oyadıcısı və milli ordusu) var?

1473

Qubadan qayıtdım gəldim Bakıya

Dedilər qubalı köçüb Şəkiyə,

Allah ömür versin bizim “zəki”yə

“Zəki” deyər yurd üçün qıyma cana,

Sülh qaytarar yurdu Azərbaycana.

1474

Gördüm nə dövlət qubadan danışır,

Nə də xalqım el-obadan danışır,

Satqınlıq ilə rebadan danəşır;  (riba ~ faiz)

Quba da ikinci Qarabağ olub,

Çünkü Türkün milli qeyrəti ölüb.

1475

Dedim Gürcüstan da girsə yurduma,

Qeyrət aşılanmasa bozqurduma,

Güvənilməz ki, qeyrətsiz orduma.

Dedi Turan işqal olmaq üçündür,

Çünkü qeyrətsizlik “mənim” suçumdur,

Qeyrətsizliyin qurbanı ... Laçındır.

1476

Dedim iç düşmənin Rus mafyasıdır,   (Bugünkü dövlət)

Onda bulunmayan şey həyasıdır,

Onu “bəyəndirən” şey riyasıdır,

Dedi milli qeyrəti o öldürüb,

Dünyanı saqqalımıza güldürüb.

1477

Dedim dövlət milli qeyrəti burdu,

İç düşməni qoruyan ordu qurdu,

Kim qurtaracaq işqal olmuş yurdu?

Dedi ümidimiz qalmış Tərbizə,*

Bütöv Azərbaycan lazımdır bizə.   (tarixi zərurət)

 

      *- Çatla bağrım Araza çəkdirmə dərd!

18.10.2011