Çap

149 - Rus mafyasının yükü Rus yüküdür

Rus mafyasının yükü Rus yüküdür.

1466

Pul əl çirki təkin gəldi-gedərdir,

Neft sümüyü gəmirtdirən Heydərdir,

(Torpağı sümüyə satan Heydərdir,)

Torpaq qazandıran qasib liderdir.

Qasib Erməni qıydı Qarabağa,

Neft tranzitini satdı torpağa.*

 

       *- Rüşvətçi Türkün ölçüsü manatdır.

 

“Heç bir ana bir qarış topraq doğa bilməz.”

Böyük Atatürk

1467

Şah Heydərin öyrəncisi şah İlham,

Özü ilə daşıyır xain məram,

Məramına qazansın deyə inam,

Deyir mən “prezident”iyəm bu gün,

Əlli milyon azərbaycanlı Türkün.

1468

Şah İlhamın aldadıcı sözləri,

İstərlər ki, gizlədələr gizləri,

Ki bəlli ola bilməyə bezləri,*

Əlli milyon azərbaycanlı Türkü,

Aldadır ki, daşına Rusun yükü.

 

       *- Hansı bezin qırağından olduqlarından söz gedir.

1469

Erməni qulluq edir paşasına,

Ki torpaq qazandıra maşasına,

Türk qayıda bilməyə ... Şuşasına,

Türk qulluq edir Türk soylu dəyyusa,

Qarabağı işqal etdirən Rusa.

1470

Rus mafyasının oyununa gələn,

Rusyanın yükünü yükləyər belən,

Xəyanət edər yurdun ilə elən;

Oyuncaq özgələr üçün yaşıyar,

Yaşatdığının yükünü daşıdar.

1471

Rus mafyası istər Türkü ovlaya

Buynuzlu yalanlar ilə tovlaya,

Ki qulluq edə antitürk mövlaya,

Rus mafyasının mövlası Rusyadır,

Qarabağın payı ondan nisyədir.

08.07.2011