147 - Əmniyyət” lazımdır “müftə neft” üçün
“Əmniyyət” lazımdır
“müftə neft” üçün.
1457
Açılmayır Qarabağın düyünü,
Unudulub Qarabağın sürgünü,
Neft doğurub Türkə bu qara günü: <<<
“Əmniyyet” lazımdır “müftə neft” üçün,
Ki yeyə, içə, yata milli gücün.
1458
Türkü bu günə qoyan nefti batır, <<<
Əti yox ki, sümüyü Türkə çatır,
Sümük gəmirən Türk də yeyir, yatır:
“Müftə neft” istər ki, “əmniyyət” ola,
Türkün yurdu işqal altında qala.
1459
Sümük gəmirən Türk deyir ay qoşun!
Qarabağsız Azərbaycana düşün! <<<
Ki yemək, içmək, yatmaq ola işin,
Yoxsa Bakımız da işqal olunar, (ha ha ha)
(İşqalçıya qarşı çarə bulunar.)*
1460
Türk oynayır “müftə neft”in sazına,
Ki atəşkəsin ömürü uzana,
“Xoş” keçə qaçqın oğluna, qızına:
Qarabağını satır “əmniyyət”ə, <<<
Deyir” əmniyyət” lazımdır millətə.
1461
“Müftə neft” haqq verməyir Türk savaşa,
Ki ömürü savaşsız çata başa,
Düşünməyə itirdiyi ... dağ-daşa:
“Müftə neft” deyir düşünmə günaha,
Savaşın xərcini xərclə ... rifaha!*
Deyələr “Allah ömür versin şaha”.
*- Rüşvət alan “quzeyli” və “güneyli”
yaltaqların rifahlarından söz gedir.
04.07.2011