140 - Arazın qələmi intihar etdi
Arazın qələmi intihar etdi.
(Gənc nəsilimizin başı sağ olsun!)
1428
Arazın qələmi intihar etdi,
Çünkü deməkdən dilində tük bitdi,
Müştəri bulmadı ki, çıxdı, getdi;
Araz yararlı deyilsə ulusa,
Dilini dağlamalıdır ki, susa.
1429 (Ən pis yamanlarımı kimə sunum?)
Arazın qələmi intihar etdi,
Çünkü təhqir oldu, həm də çox ciddi,
Umudu üzüldü, səbiri bitdi;
Araz yazdı ki, yazısı yayıla,
Yaymadılar ki, okuru ayıla.
1430
Arazın qələmi intihar etdi,
Çünkü “faydasız” olduğuna yetdi,
Təmizliyin qədrini bilməz bitli;
Bitlərdən arınmaq istəməyən Türk,
Deyər arındırmaq istəyəndən ürk.
1431 Arazizm gənc Türklərin məktəbidir.
Arazın qələmi intihar etdi,
Çünkü yazısını boykotçu yırtdı,
Yırtıb-atdı demə, söylə ki, ditdi;
Qələm öldütdürənlərə lağ olsun!
Gənc nəsilimizin başı sağ olsun! (20 – 30)
1432
Arazın qələmi intihar etdi,
Çünkü qoyduğu əməkləri itdi,
İtirən zülümün olmadı həddi;
Heç bir siyası Türk olmadı razı,
[ Heç bir siyası Türk olmadı razı,] (Mavi rənglilər)
[ Heç bir siyası Türk olmadı razı,] (Qirmizi rənglilər)
[ Heç bir siyası Türk olmadı razı,] (Yaşıl rənglilər)
Ki savuna boykot olmuş Arazı.
(Təhqirə layiq nəslimə ar olsun!)
1433
Bu əsər milli çağda keçərlidir,
Milli devrimimizə yetərlidir,
İç və dış düşməninə xətərlidir.
Arazı boykot edənə ar olsun!
Boykotçuluğun cəzası dar olsun!
Turançı Türkə bu kitab yar olsun!
Devrimçı teorusuz devrim olmaz
Biliksiz duyğu doğru yolu bulmaz.
Aydın ancaq doğru yolu göstərər,
Alınmayan haqqı düşmən basdırar. (gömər)
“Solgünaz” sitəmizə minnədaram.
31.03.2011