Çap

139 - Yurdumuzu ancaq birlik qurtarar

 Yurdumuzu ancaq birlik qurtarar.

1422

Yurdsevərin həm sağı, həm də solu,

Bölünməz yurdumun hər iki qolu,

Seçə bilməzlər bambaşqa bir yolu;

Yurdsevərlik hər qolunun dinidir,

Bu səbəbdən yolları da eynidir.

1423

Yurdsevər sağ ilə yurdsevər solu,

Ayıra bilməz gələcəyin yolu,

Yoxsa ikisini də vurar dolu;

Yurdumuzu ancaq birlik qurtarar,

(Sonra seçəni seçilən “otarar”.)

1424

İdeoloju bəlli edər haqqı,   <<<

Verilməz haqlar birləşdirər xalqı,

Çünkü oynada bilməz başqa çalqı;

İdeoloju hədəfi bəlirdər,*             (yasama)

Siyasət ölmüş haqları dirildər.   (uyqulama)

 

(İdeoloju siyasətə hədəf bəlirdər.)

(Hədəf bəlirdən ideoloju siyasəti yönəldər.)

(Hər hədəfin və qanunun qırmızı xəttləri olar.)

 

     *- Millətlər ilə sinifləri ölüm-dirim savaşlarına itən iqtisadı,

siyası, sosyal, kültürəl mənfəətlərininhədəflərini kəşf edib,

bəlirdən milli və sinfi ideolojilər gərəkən bütün davranış-

lara da yön (istiqamət) verərlər.

Hər dövlətin bəsbəlli milli və sinfi ideolojiləri, və o milli

və sinfi ideolojilərin də o cümlədən bəlirtdikləri bəsbəlli

siyasi hədəfləri ilə qırmızı xətləri olar.

Elə onagörədir ki, örnək olaraq Güntay bəy Gəncalpın söz

etdiyi ədəbi-fəlsəfi anlamında “düşüncə savaşı” da o mil-

lətin və o sinifin yazqı yazdıran siyasi hədəflərinə qulluq

edə bilməsi üçün, o hədəflərin, və o hədəflərin qırmızı xət-

lərinin dışına çıxa bilməz.

Necə ki irticaçı (1) və ideoloji düşməni (2) olan (dolayısı

ilə siyası mübarizənən düşməni olan) Güntay bəy Gəncalpın

 

ideolojisi deyir:

1- “... Bir din var, bir də din tarixi.

     ... Aydınlanmanın əsas vəzifələrindən biri də bundan i-

    barətdir. Yəni tənqid edilən şey dinin müqəddəs dəyərləri

    deyil, dini qurum və quruluşlardır, dini institotlardır.”

2- “İdeolojilər xəstə adamların hızlı əyləm planlarıdır. ...”

    “Fəlsəfə sağlıqlı insanların ortaq düşünməyə çağrı planıdır.”

    Heç bir fəlsəfə insanı silahlı mücadiləyə dəvət etməz, fəlsə-

    fədə silaha yer yoxdur.”

    “Fəlsəfənin tərəfdarı olmaz, ideolojilərin tərəfdarı olar.

    Tərəfdar olmaq düşünməyənlərin işidir.” Güntay gəncalp

 

    Güntay bəy Gəncalp da bilməlidir ki, ideolojik savaş

    da “düşüncə savaşı”dır, vəlakin “düşüncə savaşı”nın

    ilgili bütün dalları ilə alanlarını qapsayacaq çapda.

Ancaq ideoloju birləşdirər,

Hər sinfi öz yerində yerləşdirər.

1425

Federalist Türk düşünməz ... Borçalıya,

Bənzədər İranı bütöv xalıya,*

Köləlik edər işqalçı zalıya;

Federalist Türk irançının quludur,

Getdiyi yol işqalçının yoludur.

    (İnanmasan otaydan sor!)

 

       *-Paniranist Ziya bəy Sədroləşrafı təkin.

1426

İstiqlalçı federalisti qullanar,

Qullana bildiyi qədər “pullanar”,

Bağımsızlıq savaşına yollanar.

Federalistin qazancı İranındır,

Zərəri bütöv Azərbaycanındır.

1427

Müftə qanın var isə durma, buyur!

Yoxsa qılıncını qınından siyır!

Bağımsızlıq üçün düşməni devir!

Birləşdir ki, gücümüzü artıraq,

Birlikdə ölək, birlikdə qurtulaq.

29.03.2011