Çap

138 - Göyçəli qarqış edir atamıza

Göyçəli qarqış edir atamıza.

1416

Atamız qıymadı heç bir serçəyə,

Çünkü haqq vermədi çənlibelçiyə;

Düşmənə qarşı çıxmadı küçəyə,

Dedi Nəsimi təkin savaşa dal!    (Rus siyasəti)

“Misri” qılıncı sat, taxta qılınc al!

(Polad qılıncı sat, taxta qılınc al!)

1417

Atamız xəyanət etdi Göyçəyə,

Borçalını fəda etdi gürcüyə;

Etiraz üçün çıxmadı küçəyə.

Göyçəli qarqış edir atamıza,

Ki düşünək bugünkü xətamıza.  <

1418

Atamız satıldı kəlləpaçaya,    (~ nisbi rifaha)

Dərbəndi satan qondarma solçuya;

Etiraz üçün çıxmadı küçəyə.

Yirmi ildir Qarabağ işqal olub,

Küçələr bomboş qalıb, evlər dolub.

1419

Atamız satıldı büryan beçəyə,

Satılmadı Zəngəzura, Göyçəyə;

Zəngəzur üçün çıxmadı küçəyə.

Yirmi ildir küçəyə çıxan yoxdur,

Qarabağın evini yıxan çoxdur.

1420

Atamız satdı Dərbəndi neçəyə?

İki qoyun ilə iki keçiyə;

Etiraz üçün çıxmadı küçəyə.

Vətənin dəyəri ölçüyə gəlməz,

Leylisiz heç bir Məcnun dağı dəlməz.

276     İnanma qondarma liderlərinə!

Atamız dolu yağdırdı qönçəyə,

Həm də çirkini bənzətdi göyçəyə;

Etiraz üçün çıxmadı küçəyə.

Atamızın verdiyi dərsləri göm!*

Küçədə bağırmayan ağzını yum!

 

*- Sən də hər şeyin yenisini yarat!   (bilim, yöntəm, arac.)

    Eski ölçünün təkəlindən çıxart!           (ideoloji)

    Yıpradanların təkəlindən çıxart!          (inhisar)

    (Köləçilərin təkəlindən çıxart!)

    (Yadlaşdıranın təkəlindən çıxart!)

    (Yad sözcüyünün təkəlindən çıxart!)

    (Eski nəsilin təkəlindən çıxart!)         (köhnə ....)

 

(Yəni xalqa arazizmini arat!)

27.03.2011