136 - Zəngəzuru satanları unutduq!
Zəngəzuru satanları unutduq!
1404
Zəngəzuru satanları unutduq!
Çünkü xaini yurdsevər tanıtdıq!
Xaini devirən xalqı yanıltdıq!
Qarabağı satan xain liderdir,
Bugünkü İlhamdır, dünkü Heydərdir.
1405
Azərbaycan Rusyanın bazarıdır,
Yazqısını yazan Rus “sezar”ıdır, (çar)
Türkə çəkdirdiyi Rus azarıdır;
Çəkilən dərd iqtidarın suçudur,
Rus bazarı olmağın sonucudur. <<<
*- Verilmiş bilgilərə görə 1991-dən bəri Azərbaycanın o cüm-
lədən neft və qaz yataqlarında Londonda olan BP adlı neft
və qaz fermaları 31 milyard dolar mali (sənaye) sərmayə ya-
yarırıblar. Yəni Azərbaycan xarici bazar olaraq “qərb” sər-
mayələrinə də yer veribdir. Və lakin “qərb” sərmayələrinə
yer vermədən öncəki Azərbaycanın milli yazqısını yazdıran
silah və ürətim aracları ticariti ilə xam maddə ürətən bazar-
ları olduqları kimi hələ də Rusyanın xarici bazarlarıdırlar.
1406
Azərbaycanın sənaye sistəmi
Teknolojusunun növü, biçimi
Nə istixrac edəcək kölə kimi
Nələr montaj edəcək kölə kimi
Rusya iqtisadından asılıdır
Çünkü ... traktoru da Rus malıdır
1407
Xarici bazar edən mal silahdır
Silah satan yazqı yazan Allahdır
Başqa malları satan zillullahdır
Azərbaycanın Tanrısı Rusyadır,
Bu səbəbdən vədələri nisyədir.
1408
Azərbaycanı aclıq bürüyübdür,
Aclıqdan min bir fəsad törüyübdür,
Fəsad törədən rejim çürüyübdür.
Türkün iş gücünə Rus dəyər verir,
Maaşımı artır deyəni vurur.*
*- Türk soylu mafyasının əli ilə vurur.
1409
Azərbaycan ancaq adam qayırır,
Yaradıcı istəyindən ayırır,
Özgəyə montaj etməyə çağırır.
(Özgə köləsi olmağa çağırır.)
Bağımsız olmaq istəsən devrim yap!
Yoxsa devrimə zəmin yaradan tap!*
*- ~ Azərbaycana dəstəkçi lazımdır.
23.03.2011