135 - Azərbaycana dəstəkçi lazımdır
Azərbaycana dəstəkçi lazımdır.
1398
Arazizm bəlirdib xalqın haqqını, (hər alanda)
Ki bilikləndirə haqlı xalqını, (hər sahədə)
Çaldırmaya hər oynadan çalqını. (hər alanda)
Arazizm göstəribdir doğru yolu, (hər alanda)
Tanıdıbdır caydıran sağı, “sol”u. (hər alanda)
1399
Doğru yolu gərçəkləşdirən eldir,
Yurdunu qoruyan silahlı qoldur,
Arazizm deyər işqalçını öldür.
“Minsk” gurupu deyir Türk insanına,
Qıyma qatil Erməninin canına.
1400
“Minsk” gurupu deyir Türk insanına,
Təcavüz etsə Azərbaycanına,
Torpaq üçün qıyma qasib canına:
Yurdunu fəda et insanlığına,
Can fəda olmaya heyvanlığına.
Yirmi ildən bəri işqal olunmuş Qarabağımız ilə ogün-
kü bir milyondan artıq qaçqın Türk xalqının yazqısını
“Minsk” qurupuna xətt verən Rusya yazdığı üçün,
nə fəqət yazqısını Rusyaya yazdıran Türk soylu Rus
mafyasının, bəlkə iqtidardan rütbə qoparmaq üçün
iqtidarın əl-ayağına dolaşan və bir milyon yarımdan
artıq bugünkü qaçqınları yetim qoymuş müxalifətin
də saqqalına gülür ki, oyanalar. lakin bilməyirlər ki,
rütbə ilə rüşvətə alışmış qoca nəsili dəyişdirmək olmaz.
1401
Bazarları yenidən bölmək üçün,
“Şərq”in bazarı “Qərb”in olmaq üçün,*
Demokratları hakim qılmaq üçün,
Xarici bazarlarda savaş gedir,
Yerli xalq da özgürlük əldə edir.
*- “Şərq” ~ Rusya ilə Çinin sömürgə
anlamında gəzəgənləri.
1402
Türk xalqının həm özgürlük dərdi var,
Həm də işqalçı əlində yurdu var,
Yurdunu qurtaracaq bozqurdu var,
Şərayit hazırdır milli üsyana,
Çünkü ... Qarabağ da gəlibdir cana,
Dəstəkçi lazımdır Azərbaycana.
1403
Düzü əyridən ayırmadan öncə,
Ehtiyac devrim doğurmadan öncə,
Çin təkin silah qayırmadan öncə,
Azərbaycana dəstəkçi lazımdır,
Nədənini açıqlayan yazımdır.
20.03.2011