Çap

134 - Bayrağımız yüz metrə alçalıbdır

Bayrağımız yüz metrə alçalıbdır.

1393

Kim deyir bayrağımız ucalıbdır?!

Çünkü Rusya ağlımızı çalıbdır,

Bayrağımız yüz metrə alçalıbdır,

Çünkü Qarabağda əsən fırtına,

Bayrağımızı gömüb yer altına.

1394

Çünkü işqalçı Qarabağı alıb,

Gömdüyü bayrağımız dərdə salıb,

Otuz metrə yerin altında qalıb,    (-31)

Üzə çıxmayıbdır yer altındakı,

Ki yetmiş metrə də ucalda Bakı.   (+69)

1395

Yetmiş metrə sapı uzanmış bayraq,

Çəkilən tiryakdır, içilən araq,   (cahillər üçün)

Ağıl uyuşduran doğurmaz maraq.

Ağlı yetmiş metrə olan bir millət,

Yaradmaz özünə yüz metrə zillət.

1396

Rus mafyası deyir ki, Türk cocuqdur,

Sümükləri bərkiməmiş sucuqdur,

Bəzək üçün qullanılan muncuqdur,

Türk böyük oğlan olmayıbdır hələ,

Ki ... Qarabağını qurtara bilə.

 

*- Rüşvətə satılmış ağızlardan söz gedir ki,

    bu yazılardan sonra don dəyişdirmək zo-

    runda qalacaqlar ki, tanınmasınlar.

 - İnanmasan Arazın yazılarının nəticəsində

   don dəyişdirənlərdən (................) sor!

1397

Rus mafyası rəzil edib xalqımı,

Əlimdən alıbdır savaş haqqımı,

Boykotçuları boğubdur nitqimi,

Bayrağımın sapını uzaldıb ki,   (özünü yox)

Böyük gözükə alçaq rəsmi Bakı.

 

Vurun satqını ucaldan alçağı!

Yıxın uşaqlıq edən oyuncağı!

17.03.2011