Çap

133 - Yurduma öncə Qarabağ lazımdır

Yurduma öncə Qarabağ lazımdır.

1386

Rus mafyasından yana siyası Türk,*

Deyir həm avtoban çək, həm bina tik!

Həm də əyləndir ki, ola “kefi kök”,   (qeyrətsiz)

Qarabağı unutduran yolu get!

İşqal etdirən Rusyaya qulluq et!

1387

*- (Tanıdınmı satqına qulluq edən düşmanları?)

    (Arazı boykot edən rüşvətçi qəhrəmanları?)

    (Sən də özlərinə qaytarmalısan yamanları;)

    (Yəni Arazizmin dadına yetiş!)

    (Yoxsa sən də boykotçu ilə ötüş!)

1388

Otayın dörddə bir bölümü batıb

Çünkü satqın iqtidar kama çatıb

Bu səbəbdən ordumuz yeyib-yatıb

Savaşın xərci xərclənir bölgəyə

Ki Qarabağ qismət ola özgəyə

1389

İqtisad cəngə qulluq etməlidir

Savaş cəbhələrinə getməlidir

Ordumuzun dadına yetməlidir

Əylənmək üçün tikilən binalar

Qarabağı qurtarmazlar zurnalar

1390

Yurduma öncə Qarabağ lazımdır

Sonra yağsız aşıma yağ lazımdır

Şəhərdə zavod, kənddə bağ lazımdır

Turistlər üçün tikilən binalar

Qarabağı qurtarmazlar sonalar

1391

Türkün dərdi itirilmiş topraqdır

Torpağı geri qaytaran yaraqdır

Yarağı qullanan milli maraqdır

İqtisad savaşa həsr olmalıdır

Öldürən-dərdə çarə bulmalıdır. (Haçan?)

1392

Satmaram Qarabağımı bunlara:

Yeni yapılmış nə ... avtobanlara,

Nə də turistsəl hər cür məkanlara.

Yurdumu sülhə satanı sataram,

Savaş ilə hədəfimə çataram.

16.03.2011