Çap

132 - Vətən mənimdir əgər, qurtarmıram, əl çəkin!

Vətən mənimdir əgər, qurtarmıram, əl çəkin!

(Sabirin şerinin bugünkü şəkli)

1380      *- Öz yazqını özün yazma!

Gərçi siyasi elmə, xalqım həvəskardır,

Gizləri kəşf etməyə səyi dəxi vardır,

Məncə bu işlər bütün şiveyi-küffardır,

Bizə zərərdir, zərər, siyasətdən əl çəkin!*

Eyləməyin dəngsər, siyasərdən əl çəkin!

1381

Bəski, xalqım cahildir, bizi xain sanmayır,

Qırx illik xəyanəti anlamayır, qanmayır,

Bizləri ifşa edən sözlərə aldanmayır,

Eyləyir ömrün hədər, iqtidardan əl çəkin!

Eyləməyin dəngsər, iqtidardan əl çəkin!

1382

Qoysanız öz xalqımı mən salım öz halıma?!

Satqınlığı öyrədib, uydurum əhvalıma,

Dün bu siyasətimi ərz elədim alimə,

Söylədi: “həza kəfər”, sirr verməkdən əl çəkin!

Eyləməyin dəngsər, qır verməkdən əl çəkin!

1383

Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,

İndi beş ildir tamam işimə əl qatmısız,    (Arazizm)

Ələhvazı qurtaran Farslara oxşatmısız,

Duydum işi sərbəsər, Qarabağdan əl çəkin!

Eyləməyin dəngsər, Qarabağdan əl çəkin!

1384

Eyləmərəm rəhm onun gözdən axan yaşına,

Baxsın ordudan yoxsun güneyli qardaşına,

Ölsə də verməm riza silahlı savaşına,

“Minsk” qurupu deyir ki, öldürməkdən əl çəkin!*

Eyləməyin dəngsər, öldürməkdən əl çəkin!

 

      *- Torpaq insana fəda!    (Bizə gəlincə.)

1385

Vətən bizimdir əgər, dəxli nədir sizlərə?

Qarabağı satdıran rütbə verib bizlərə,         (Rusya)

Haqq verin atəşkəsə qulluq edən sözlərə,*

Bir kərə qan, müxtəsər, Qarabağdan əl çəkin!

Eyləməyin dəngsər, Qarabağdan əl çəkin

 

      *- ~ Əbədiləşsin!

(Yoxsa sərəncam imzalaram haaaaaa.)

10.03.2011