Çap

131 - Ma-şa-allah bizim güney bölümə!

Ma-şa-allah bizim güney bölümə!

1375

Silahlı Türk ordusu yeyir yatır

Gücü ancaq silahsız Türkə çatır

Qarabağı Ermənistana satır

Ma-şa-allah bizim bu ordumuza

Düşünməz işqal olmuş yurdumuza

1376

Ma-şa-allah bizim müxalifətə

Qandıdan öyrəndiyi nəsihətə

Ki dinc savaş aşılayır millətə

Erməninin silahı işqal edib

Dinc savaşın torpağı əldən gedib

1377

Ma-şa-allah bizim bozqurdumuza

Silahlı qol sunmayıb yurdumuza

Ki savaş günü dəyə dərdimizə

(Çanakkalada dəyə dərdimizə)

Umaram soy qırımı olmaz ... Xoyda

İş işdən keçdikdən sonra nə fayda?

1378   *-  kitabın 432-ci səhifəsinə baxınız!

Ma-şa-allah bizim güney bölümə    (önçülərinə)

Qarabağı sürükləyir ölümə

Çünkü iqtidarı ... öyür elimə*

İqtidardan yana yaman istəyər      (qarqış)

Qarabağsız Azərbaycan istəyər    <<<

1379

Ma-şa-allah bizim bu aydınlara

Sevdirirlər quranı ... qadınlara

Satqın iqtidarı da budunlara

Deyirlər pisdi, satqındı, vəhşidi

Bizimki sizinkilərdən yaxşıdı.*

 

*- Halbuki, ... o cümlədən Təbrizin “Aşura” adlı ordusu

    yardımı ilə Farsistanın işqal olunmuş sömürgəsini İraq

    ordusunun əlindən qurtarıb və geri qaytaran Rus maf-

    yasının Fars soylu qolu İLƏ yirmi ildən bəri işqala uğ-

    radılmış Qarabağ ilə ogünkü bir milyondan artıq qaç-

    qın Türkün yazqısını “Minsk” qurupunun istəyindən

    asılı qılan ordulu Azərbaycan dövlətinin hakimiyyətini

    oluşduran Türk soylu Rus mafyasının ortaq yanı yoxdur.

 

    Çünkü uşaqdır hələ, savaşmaq bacarmayır.

09.03.2011