Çap

130 - Yazqısını Rusya yazan Türkə sor!

 Yazqısını Rusya yazan Türkə sor!

1368

Bakının yazqısını Rusya yazır      (Rəsmi Bakı)

Yazqısını Rusya yazan Türk azır

Öz əli ilə özünə gor qazır

Rus mafyası milli qeyrət öldürür

Həm də Türkün saqqalına güldürür

1369

Yazqısını Rusya yazan Türkə bax

Deyir yazılı haqları yandır-yax

Qarabağ fəryadına verməyin hax

Çünkü Rusya dərdə salıb Bakını

Qurtara bilməyə ... Xoyu, Makını

1370

Yazqısını Rusya yazan Türkə gül

Başına toplayıb bir sürü “bülbül”   (yaltaq şair)

Ki közləri yandırıb-edələr kül

Deyələr iqtidara ... olma yağı

İqtidar “qurtaracaq” Qarabağı

1371

Yazqısını Rusya yazan Türkə sor!

Sizdən başqa kim edibdir bizi kor?

Kim qazıbdır Qarabağımıza gor?

Qırx il xəyanət etdiniz vətənə,

Yazıq batırdığınız bu kəfənə.

1372         *- İş bölgüsünə görə.

Yazqısını Rusya yazan Türkə sor!

Hansı qanun deyib ki, xalqımı bur?

O qədər bəklət ki, əsabını yor?

Türk soylu Rus mafyasına düşən iş*

Moral öldürmək olub ki, edə baş

1373

Yazqısını Rusya yazan Türkə sor!

Hansı qanun deyib ki, bığları bur?

Qarabağdan yana aksiyanı vur?

İqtidar xalqı döyür ki, susdura

İşqalçı Erməni də qan qusdura

1374

Yazqısını Rusya yazan Türkə sor!

Hansı qanun deyib ki, həm ordu qur,

Həm də düşmənə qarşı qullanma zor?

Ordu varmı ki, yeyə, içə, yata,

Qarabağı yirmi il dərdə bata?

 

Bu səbəbdəndir ki, quzeydə də devrim gərəkir.

08.03.2011