129 - Bağımsızlıq fəda olmaz etnikə
Bağımsızlıq
fəda olmaz etnikə
(Federalizmin dərdi burulmuş dildir,)
(İstiqlalın dərdi bağımsız eldir.)
1361
Bağımsızlıq fəda olmaz etnikə*
Stratejimiz satılmaz taktikə
Bağımsızlıq lazımdır yerli Türkə
Köçmən Türk etnikinə dil lazımdır
Arxasında bağımsız el lazımdır**
*- Farsistan Türkünə.
**- Müstəqil Azərbaycan.
1362 *- Dil devrimi <
Bağımsız olduqdan sonra yerli el
Ancaq türkçə oxumalıdır bir il*
Bir ildə öyrənilə bilər hər dil
Bir il türkcəyə fəda olmalıdır
Ədəbi dilin yeri dolmalıdır
1363
Bağımsızlığın içində dil də var
Yazqısını özü yazan el də var
Bütövləşəcək Xoy ilə Mil də var
Əlbəttə “Haqq verilməz ki, alınar.”*
Yoxsa haqqın da halvası çalınar
*- Federalizm verilər, istiqlal alınar.
1364
Milli dövlətini qura bilən Türk
Deyər irançı edən Türklərdən ürk
(Deyər düşmənsevər edən Türkdən hürk)
Taylara bölmüş orta duvarı sök
Özgəni at ki, özün ilə birləş
Öz xalqın, öz sinfin içində yerləş
1365
Taylarımız bir-birinin özüdür
Bütövləşmək ürəyinin sözüdür
Ürək yandırmayan qoyun-quzudur
Bütövləşməyən hər varlıq dağılar
Bütövlüyün düşmənidir yağılar
1366
Devrimçi öz yazqısını yazandır
Reformist öz qəbirini qazandır
İçiboş vədə peşində gəzəndir
Devrimçi Türklər istiqlalçıdılar
Reformist Türklər federalçıdılar
1367
Bu sözlərin içində həm dilim var
Həm siyasi, həm fəlsəfi bilim var
Həm də işarədən qanan elim var
Hər dövlətin qırmızı xətti olar
İdeolojudan anlamaz ... davar.
07.03.2011