Çap

128 - Satqınları ayda yox, yerdə ara!

Satqınları

ayda yox, yerdə ara!

    (Arazın hər yazısı bir açardır.)

1352

Yirmi il hazırlıq yapdım ki, yazam

... Geriçiliyin məzarını qazam

Hazırlıq qoymadı əylənəm gəzəm

Ancaq pənir-çörək qazandım yedim

Bundan artıq məndən ummayın dedim

 

(Övladım antiazərbaycan olub)

(Çünkü yoxsulluqdan saralıb-solub)

1353

Yirmi il hazırlıq yapdıqdan sonra

Qılı tükdən seçib-qapdıqdan sonra

Yazma məharəti tapdıqdan sonra

Öyrəndiklərimi on ildə yazdım

Nə mutlu ki, nə aldandım, nə azdım

1354

Mən xalqımı oyadmadan yatmadım

Mən topuğa dəyən daşı atmadım

Mən satqını içimizə qatmadım

Qoymadım ilkələri çeynəyələr

Xalqımın yazqısıyla oynayalar

1355

Zərurətdən doğulan istək, arzı

Deyər bütövləşdirin xan Arazı

Əlbəttə düşmənimiz olmaz razı

Düşmən istəməz köləsi güclənə

Düşmənsevər edən gərək suçlana

 

*- Azərbaycanın istiqlal və bütövlük haqları

    siyası haqlar deyildirlər, doğal haqlardırlar.

1356

“El gücü, sel gücü.” deyib atalar

Zərurətlərə baş əyib atalar

Gərəkəndə kəfən geyib atalar

Deyib “Ağlamayana süd verməzlər”

Söndürülmüş lampaya xod verməzlər

1357

Otay ayrıldı butaya qovuşa

Ayrılığın ömrü çox tez sovuşa

Ki öz xalqı özü ilə yovuşa      (qaynayıb-qarışa)

Satqın, düşmənin sazına oynayar

Özgələşdirən qazanda qaynayar

(İrançının qazanında qaynayar)

1358

Mən tanıtdım iç və dış düşmanları           (1)

Tabulaşdırmadım ... qəhrəmanları          (2)

Özlərinə qaytardım ... yamanları             (3)

Mən incitmədim ki, inciyə kəddim

Dəyyusluq edənlərə dəyyus dedim   (4)

(Namusumu satana dəyyus dedim)

1359

Başını kəklik təkin gömmə qara

Satqınları ayda yox, yerdə ara

Satqını bənzətmə səhvli yara  <<<

Bugünkü satqınları bu gün tanıt

Yoxsa öyrətmən olduğunu unut

1360

Doğru bulmadığın yolu tənqid et

Tənqid edə bilmədiyin yolu get    (Arazizmi)

Söz dinləməyən allahlığını dit;

Demə ki, mənim “aş”ım yoğurtludur

Yesən də, yeməsən də haqqın budur.

28.02.2011