127 - Qarabağ istər ki, ordu bölünə
Qarabağ istər ki,
ordu bölünə
1345
Rus mafyasının oyununa gəlmə!
Rusqulu mafyanı özündən bilmə!
Satqın timsahın göz yaşını silmə!
Satqın həm yurd, həm də milli haqq satar
“Ətini yeyər, sümüyünü atar.”
1346
Rus mafyası hər gün bir film oynayır*
İşqal etdirən Rusyanı “qınayır”
Taktikləri ilə xalqı ... sınayır
Film oynayır ki, səbir aşılaya
Qarabağın yasını qarşılaya
*- O cümlədən “Savaş havadan başlayacaq.”
Adlı yazıya baxınız!
1347
Qırx il şahlıq edən bu sülaləni
(Çəkdirdikləri ... ah ilə naləni)
(Gözdən axdırdıqları şəlaləni)
Özündən sandın ki, düşdün pis kökə
Rəzalət qazandırdın şanlı Türkə <<
1348
Ordumuz ikiyə bölünməlidir
Fərqli fikirlər bilinməlidir
İkisindən biri silinməlidir
Ordumuz bölünmüş olsa ikiyə
Milli qolu qismət olmaz tülküyə
1349
Ordunun bir qolu Rus mafyasıdır
Qeyrət öldürmək onun qayəsidir
Dilədiyi Qarabağın yasıdır
Qarabağı satıb pullu rütbəyə
Rütbə qoymaz ki, düşünə dəbbəyə
1350
Ordunun yurdsevər qolu millidir
Millinin dərdi hər Türkə bəllidir:
... Qarabağ probleminin həllidir.
Qarabağ istər ki, bölünə ordu
Yoxsa sağalmaz Qarabağın dərdi
1351
Silah Rus mafyasının əlindədir
Silaha əl qoyan güc elindədir
Elin gücü bağıran dilindədir
Ordunun satqın qolu baş əyəcək
O zaman ki, başı daşa dəyəcək. (Haçan?)
19.02.2011
Azərbaycanın ordusu dekordur,
Sanki poker kartındakı jokerdir,
Qeyrətsiz olduğu üçün nökərdir,
Azərbaycanın ordusu vardır ki,
... Qarabağı da sata rəsmi Bakı.
Türk ordusu Türk öldürmək üçündür, (milli üsyanda)
Türkün halına ağlayan ... Laçındır.