Çap

125 - Tehran Bakıya başqa yol aradır,

Tehran Bakıya başqa yol aradır,

     (Çünkü iqtidarın üzü qaradır.)

1327

Tehran Rus mafyasının Fars qoludur

Türk qolu təkin Rusyanın quludur

Getdikləri yol Rusyanın yoludur

Çünkü iqtidarın üzü qaradır

Tehran Bakıya başqa yol aradır

Rus mafyasına dinçi qol yaradır   (Quzeydə)

1328

Rusya ikiləyir Rus mafyasını

Dəyişdirir şəklini, boyasını

Ki söndürə güneyin ziyasını

Rus mafyası dinçi qolunu qurur

Tehranın əliylə işini görür

1329

Tehran pul ilə işsiz Türkü alır        (Quzeydə)

Məkkə xərci də verir, yola salır      (Quzeydə)

Boşaldığı beyində qatıq çalır   (güneyə düşünməsin)

Ki birinci Rus mafyası çökəndə

İkinci Rus mafyası çəkə bəndə

1330

Bakı-Tehran bir bezin qırağıdır

Sömürgəçi Rusyanın yarağıdır

Qarabağ içdirdiyi arağıdır

Rus mafyasının şahı satıb-sovar

Etiraz edəni ... meydandan qovar

1331

Azərbaycanlının dış düşməni var

Biri Rusyadır ki, Türkü edib ... XAR

Deyir Qarabağ üçün “Minsk”ə yalvar

“Minsk” istər ... işqalın ömrü uzana

İşqalçının bazarını qazana

1332

Rus mafyası bilərəkdən cayıbdır

Rüşvətin adını “hörmət” qoyubdur

Demək “sayqı”nın canına qıyıbdır

Pislikdən bəslənən bu Rus mafyası

İstər tökülə xalqımın həyası

1333

Bakının ünivesitə ustadı

Həm dövlətdən alır əmək ücrəti

Həm də öyrəncidən alır rüşvəti

Bax bu namussuzluğun lap özüdür

Səbəbi rüşvət verənin ... qızıdır

1334

Rus mafyası məqamı pula satır

Rüşvətçi sədri mafyasına qatır

Haqqından rüşvət verən kama çatır

Ad qazandırsınlar deyə həqirə   (iqtidara)

Yardım edirlər bir neçə fəqirə

Yarısını* yedirirlər pulgirə          (Sədrə)

*- ~Sosyal yardımın öncəki altı ayını

1335     *- Belə də məmləkət olr?

Rus mafyası sağlam ömür sürməyir

Rüşvət almadan heç bir iş görməyir*   <<<

Rüşvət verənin üstünə hürməyir

Xalqı sağlam yaşadan həyasıdır

Həyasızlaşdıran Rus mafyasıdır    (Tu!)

1336     *- Və 432-ci səhifəyə bax!

Azərbaycanlının aclıq dərdi var

Rüşvətçi aydını edib onu ... XAR

Deyir ... rifah üçün İlhama yalvar*

Ən yaxşı reform qol-budağı kəsər

Zülmün kökünü kəsməyən qan qusar

 

Şərait hazırdır milli üsyana,  <<

Çünkü qarabağ da gəlibdir cana.

1337

Rifahsız azərbaycanlı çürüyür

Susuzluqdan gül-çiçəyi quruyur

Yoxsulluqdan fəsad yurdu bürüyür

Rus mafyası ölkəmizi çapdırır

Rüşvətçi aydın da xalqı sapdırır

1338

Türkiyə Türkü şan qazanır Türkə

Azərbaycan Türkü düşüb pis kökə

Çünkü aydını bulaşıbdır ... çirkə*

Yaltaq aydının məhsulu satılar

(Satqın aydının məhsulu satılar)

Hər millət aydını ilə dartılar. (ölçülər)

1339

Qarabağımızı unudan cənablar!

Doğrudur, necə ki, Arif işarədən qanar”,

eləcə də rütbə ilə rüşvətə yaşayan du-

zaqçı aydın da başqa cür düşünər.

01.02.2011