Çap

123 - Yaşıl hərəkətin gərçək amacı

Yaşıl hərəkətin gərçək amacı.

Fars istər ki, qeyri Farsı əridə,*

Əridə bilmədiyini çürüdə.

*- Qeyri Fars milli hərəkətləri.

1314

Yaşıl hərəkətin gərçək amacı,

Milis toplamaqdır ay qardaş, bacı!

Ki ola işqalçı Farsın aracı,

Qeri Fars milli hərəkətə qarşı,

Yaşılçı kütlə yürüdə savaşı.

1315   *- Qara istibdadın milisi var.

Fars kökənli “müxalifət”in tümü

Yaşıl mey ilə doldururlar xumu

Ki hakim qılalar yaşılçı Qumu

Yaşılçı Quma milis yaradalar*

Qeyri Farsın gününü qaraldalar

1316  *- Milyardlar itirəcəyi üçün.

Yaşıl hərəkət el gücü sağlayır

Bolağından irançılıq çağlayır

İstiqlalçı Turana kin bağlayır*

Haqsızlıqdan bəslənən güc dağılar

Boşuna uğraşır faşit yağılar

1317

Haqq nədir? Haqlı kimdir? Bilməliyik

Sonra haqlı şavaşa dalmalıyıq

Haqsızın kütləsini bölməliyik

Arazın şeirini farsçaya çevir

İrançiliği beyinlərdə devir.  

21.06.2010