Çap

120 - Qarabağ üçün hər kəs baş qaldırar

Qarabağ üçün hər kəs baş qaldırar.

1296   *- Cənab Əli bəy Kərimli

İngiliz Hindistanı satmamışdı

Qonşu torpaqlarına qatmamışdı

Qandının yurdu itib-batmamışdı**

     1- “Ad sənin, yar mənim” deyən yağı var***

      2- Dinc savaşı aşılayan yağı var*

Türkün itirdiyi Qarabağı var

 

 **- Silah ilə alınan silah ilə qaytarıla bilər.

***- O cümlədən bugünkü Hindistan və bənzərləri,

       sömürgə biçimlərini yeniləşdirən imperialist-

       lərin sömürgələri deyillərmi?

       (Hind millətinə verilən iradə haqqı deyil, idarə haqqıdır.)

1297

Türkün Qarabağı itib-batıbdır

Çünkü Bakısı özünü satıbdır

Bəslədiyi ordu yeyib-yatıbdır

Bir milyon qaçqını ordu susdurub

Yıxdığı dövlətinə qan qusdurub

(İnanmasan Surət Hüseyinovdan sor!)

1298

Öncə yurdu, sonra xalqı qurtular

Yoxsa işqal olmuş bölüm qırtılar

Qaçqın qadınının qarnı yırtılar

Ortaq mal üçün hər kəs baş qaldırar

(Qarabağ üçün hər kəs baş qaldırar)

İzin verməyəni taxtdan saldırar

1299

Aksiya üçün izin almalıyıq

Hər həftə küçələrə dalmalıyıq

Qarabağı yadlara salmalıyıq

Dövlət itirər aldatdığı xalqı

Aksiyaya verməsə izin haqqı

1300

Qarabağ aksiyası gücləndirər

Aksiya düşmənini suçlandırar

İç düşmən olaraq sonuclandırar

Qarabağ aksiyasının düşmanı

Qazanar xalqından ən pis yamanı

İfşa etməyin gəlibdir zamanı

1301

Qarabağ aksiyasına izin al!

Xalqı küçələrdə oyadmağa dal!

Ordunun səhvlərini başa sal!

“Heç bir ana bir qarış torpaq doğmaz”*

Kimsə yurdərini öldürməz, boğmaz.

 

    *- Böyük Atatürk

07.07.2010