Çap

119 - Rütbəyə satılır Türkün vətəni!

Rütbəyə satılır Türkün vətəni!

Dəyyusa heç bir şey öyrətmək olmaz,

Yazdım ki, tariximizdə səbt ola.

1279

Yazıq işqal olmuş Qarabağıma!

Həm də o boyda Savalan dağıma!

Başqa nə deyə bilərəm çağıma?

Utanıram bugünkü durumumdan

Həm Qarabağımdan, həm Urumumdan

1280

Söylə dünya bankının qələminə

Doxsan dörddə verdiyi rəqəminə   (1994)

Bir milyon satılır yüz yirmi min-ə

Çünkü dövlətimiz milli deyildi

Bir milyon qaçqının haqqı yeyildi

1281

Ağılımız, neftimiz, ordumuz var

İşqal altında qalmış yurdumuz var

Sağalması gərəkən dərdimiz var

Çünkü dövlətimiz qeyrət öldürür

Dünyanı saqqalımıza güldürür*

 

    *- Haçan utanacaqsınız?

1282

Harda ki, Rusyanın barmağı vardır

Orada ən az tapılan şey ardır

Xalqın çoxunluğu sanki davardır

Rusya rəsmi Bakını edib quldur

Deyib həm ağıl, həm də qeyrət öldür

1283       *- Yunus Əmrə təkin

Könüllü kölənin qeyrəti olmaz

İşqal etdirənə nifrəti olmaz*

Nifrətsiz ağılın cürəti olmaz    (Qorxaqlığın səbəbi)

Satqın satılıb ki, yurdunu sata

Yüz yirmi min Erməni kama çata

Bir milyon qaçqın Türkün yurdu bata

(Türk millətinin Qarabağı bata)

1284

Həm iqtidar, həm də ki, müxalifət

Rütbə üçün yarışırlar ay millət!

Ki işqal altında qala məmləkət

On yeddi il, yüz yetmiş il də olsa

Heç bir şey öyrətmək olmaz dəyyusa

Dəyyusa rütbə verərlər ki, susa.

1285

Müxalifət də rütbə peşindədir

Qarabağ rütbəsinin dışındadır

Qaşığına çıxan şey aşındadır

Aşına qeyrətsizliq salınıbdır

Cəsarəti əlindən alınıbdır

1286     *- Boykot etsən yetər.

Müxalifəti də rütbə susdurub

Susduğu üçün kütləni küsdürüb

Bir milyon qaçqın Türkə qan qusdurub

Rütbəyə satılır Türkün vətəni

Qınama satqını ifşa edəni*

1287

Müxalifətin gücü xalqımdadır

Xalqımın bəlirtdiyi haqqımdadır

Öldürəni öldürən çaqqımdadır

Müxalifət gücünü başsız qoyub

Çünkü rütbə üçün yolundan cayıb

1288

Bakının ünivesitə ustadı

Həm dövlətdən alır əmək ücrəti

Həm də öyrəncidən alır rüşvəti

Bax bu namussuzluğun lap özüdür

Səbəbi rüşvət verənin ... qızıdır

1289

Boykotçu Türk ifşa etməz Bakını

İstər uyuda Qarabağ Türkünü

Daşıda Rus mafyasının yükünü

Boykotçu Türk yaymaz ağlın şeirini

İşqal edər haqlı sözün yerini

 

Həm faşist Fars, həm də faşist Erməni,

Sevərlər Arazı boykot edəni.   Deyilmi Cənablar?

1290

... Xoyun da boykotçularını tanı*

Bilikləndirməzlər Azərbaycanı

Ki gərçəkləşməyə xalqın planı  <

(Komprador üçün tökülə qanı)

(Milli burjuvazının çıxa canı)

Boykotçunun dərdi rütbə dərdidir  <

Sanmayın ki, xalqı ilə yurdudur

 

    *- İş işdən keçdikdən sonra nə fayda?

 

1291   *- Deməkdən dilimdə tük bitdi.

Sonuc bəllidir, səbəb bəlli “deyil”

Səbəbləri gizlədən milli deyil

Çünkü istəyi dərdin həlli deyil

Səbəbi bulunmayan dərd çözülməz  <

Boykotçunun zülümünə dözülməz*

1292         *- Belə də iş olar?

Kim kimə deyib ki, Arazı sayma?

Yazdığı minlər beyt şeirini yayma?*

Boykotçu edənin yolundan cayma?

Tənqid edə bilməyən boykot edər

Burjuva-məllakın yolunu gedər

1293

Türkün qurtuluş gücü bilikdədir

Biliyin doğurduğu birlikdədir

Birlik üçün döyünən ürəkdədir

Birliyin düşməni tacir sinfidir

O sinfin qazancı ilə kefidir

1294    **- “Uyqarlaş!” adlı əsərimə baxın!

Boykotçu Türk palanlayar ki, minə

Çünkü miniş verən yer verməz kinə*

Həm də toxunmaz manqurt edən dinə**

Boykotçu Türk qoymaz fikir gəlişə

Çünkü istəməz fikirlər çəlişə

   *- “Düşmanımız kindir bizim”,

“Biz kimsəyə kin tutmayız /

kamu aləm birdir bizə”

(Feodalların şairi)Yunus Əmrə

 

Yuxarıdakı ağıl azdıran Yunus Əmrənin sözləri

sömürüçü siniflər ilə işqalçı və işqal etdirən

millətlərin ağıl azdırıcı sözlərindəndirlər.

 

Halbuki:  Cürətin qaynağı nifrətdir, kindir,

     Bilikli kinin gücü birə mindir.  B. Araz

1295

Boykotçu istəməz xalqı oyana

İstər tənqidçi qanına boyana

Qatılmaxalqı biliksiz qoyana   <<<

Boykotçu haqlı sözün düşmanıdır

Düşməni tanıtmağın zamanıdır.

 

Boykotçunu buraxsan öz halına,

Yanarsan el-obanın əhvalına.

 

(Məndən demək, sizdən eşitmək.)

26.06.2010