118 - Rus mafyası Qarabağı qurtarmaz
Rus mafyası Qarabağı qurtarmaz.
1273
Yurduna girən evinə də girər (...)
Namussuzluq namusu əldən verər
Hər kəs əkdiyi məhsulunu dərər
Bunlar olayların sonuclarıdır
Qeyrət öldürənlərin suçlarıdır
“Mənə nə?” deyənlərin suçlarıdır
“Millət necə tarac olur-olsun, nə işim var?!”
Atamız mirzə Ələkbər Sabir
1274
Satqına dəyyus deməyək, nə deyək?!
Acanda yemək yeməyək, nə yeyək?!
Soyuqda paltar geyməyək, nə geyək?!
Ədəbsiz mən deyiləm ki, satqındır,
Dəyyusu tanıtmaq sənin haqqındır.
1275
Bugünkü dövlətimiz milli deyil
Mənə bəllidir, sənə bəlli “deyil”
Çünkü dərdin dərdimin həlli deyil
Hər kəs qəsb olmuş yurdunu qurtarır
Rusqulu Türk öz qarnını otarır
“Ancaq mənim avazeye şanım ocalansın”
Mirzə Ələkbər Sabir
1276
Satqın istər qəsbin ömrü uzana
İşqal etdirəndən dəstək qazana
Qulluq edə yazqısını yazana*
Bugünkü dövlətimiz Rus quludur
Getdiyi yol ağasının yoludur
*- Satıram ki, şah olam,
Satqınlıq payı alam.
1277
Rus paylayıb Azərbaycanı yada
Acımayıb Türkə aid bir zada
Bu gün də Qrabağı verir bada
Dünya, Türkü dəyyus dəyərləndirir*
Namuslu xalqımı ... qəhərləndirir
*- Haçan utanacaqsınız?
1278
Rus mafyası Qrabağı qurtarmaz
Qoyun olmayanı kimsə otarmaz
Dərdlərinin üstünə dərd artırmaz
Namuslu vətən uğrunda baş qoyar
Şərəfsiz milli səngəri boş qoyar.*
*- “Müxalifət”dən söz gedir
16.06.2010