117 - Namusu əllərdə qalan əylənməz
Namusu əllərdə qalan əylənməz.
Şamın pərvanəsi, gülün bülbülü,
Sevginin sülhü edər yadın qulu.
1268 (Cəlil münacat vaxtıdır.)
Deyir yerdən yox ki, göydən danışın!
Ağlı zəhərləyən “mey”dən danışın!
Cəhlin yaratdığı şeydən danışın!*
Ki cib kəsən Kükəmər seyidləri
Dərəyə buraxalar meyitləri
*- Cəlil Məmmədquluzadənin bugünkü
“ziyalı” düşmənlərindən söz gedir.
1269
Deyir gül ilə bülbüldən danışın!
Xalqıma karsız sünbüldən danışın!
Yaltağın eşqi ödüldən danışın!
Budur satqın şairimizin dərdi,
Ki toplumdan ayıra bilə fərdi.
*- Deyirlər “Siyasətə qatılma ki,
Məryəm təkin “bakirə” qal!”
1270
Deyir mumla kəpənəkdən danışın!
Nazlı-qəmzəli mələkdən danışın!
Kişisəl arzı-diləkdən danışın!
Ki xalq düşünməyə milli dərdinə:
İşqalçı əlində qalmış yurduna.
1271
Deyir sülh ilə sevgidən danışın!
Milli nifrəti gömməyə çalışın!*
(Sinfi nifrəti gömməyə çalışın!)
İşqalçının zülümünə alışın!
(Zalım sinfin zülümünə alışın!)
Namusu əllərdə qalan əylənməz,
Əyləndirənə “namuslu” söylənməz.
(Haçan utanacaqsınız?)
*- Cürətin qaynağı nifrətdi, kindi,
(Bizim bombamız nifrət ilə kindi,)
Bilikli kinin gücü birə mindi.
Devrimci teorusuz devrim olmaz,
Biliksiz duyğu doğru yolu bulmaz.
163
Deyir öyrətməmək üçün danışın!
Yüzeysəl olaraq işə qarışın!
Səbəbləri gizlətməyə çalışın!
İfşa etməyin rusqulu dövləti,
Ki istər öldürə milli qeyrəti,
Pay-bölüş olmuş ola məmləkəti.
13.06.2010