116 - Heç bir dil yurdunu qurtara bilməz
Heç bir dil yurdunu qurtara bilməz.
1263
Hər köçmən öz vətənini itirər
İtirdiyinin sözünü bitirər
Köçdürdüyü dildə övlad yetirər
Farsistan Türkünün sorunu dildir
Köçmənin sevdiyi “vətən” yad eldir*
*- Gurbət
1264 *- İnanmasn otayımızdan sor!
Köçmən Türkün yurdu yoxdur, dili var
Yurduna göz tikəni hər kəs qovar
Dil haqqı verən çoban ... edər davar
Hər kəsin qərar vermək haqqı vardır
Özgənin yurdunda yaşamaq ardır
1265
Azad olmuş dilin ağzı bağlanar*
Çünkü təhsil etmək haqqı sağlanar
Qurtulmuş ölkə hər dalda çağlanar
Köçmən Türk istər dili azad ola
Yerli Türk istər eli azad ola**
*- Türk dilində mədrəsə,
Ver ki, səsini kəsə.
(Farsistan Türkündən söz gedir.)
**- Yurdu, ölkəsi.
1266
Köçməni sürgünə bənzətmə genə
Sürgün qoymaz ki, vətən eşqi sönə
Çünkü istər yurduna geri dönə (Neçə Faizi?)
Yurdu ancaq bağımsızlıq qurtarar
Dil haqqı dərd üstünə dər artırar. <<<
1267
Bağımsız yurdun dili azad olar
Talanmadığı üçün abad olar
Yurdsevər milləti, xalqı şad olar
Heç bir dil yurdunu qurtara bilməz
Qoyun çobanını otara bilməz.
Milləti siyası devrim qurtarar,
Kültürəl devrim, gücünü artırar.
Kültür yaxşı olmayanı pisləyər,
Siyasət pisi gömməyə səsləyər.
(Araz Güntay bəy Gəncalpı dığlatma!)
(Federalizmin anasını ağlatma!)
Siyasət əqəmənlik davasıdır,
Arazizm canlandıran havasıdır.
Arazın siyası-fəlsəfi şeiri,
Bulacaqdır özünə layiq yeri.
04.06.2010