113 - May qiyamı Çöhrəqanlını atdı
May qiyamı Çöhrəqanlını atdı.
Nala-mıxa döydükləri üçün Azərbaycanımızın taleyi ilə oy-
nayan “Gamoh”un Çöhrəqanlısı ilə törəmələri bu günə dək
lider və bayraq ilə dil haqqından başqa, nə istədiklərini bə-
lirtməmişlər ki, don dəyişdirə bilsinlər. Tülküləri tanıyın!
1235
Teoru siyasətçiyə yollanar
Siyasətçi rəqibini kullanar
Gah yanaşı gedər, gah da sollayar
İdeolojik savaşı yürütən
Sübut edər ki, kim dostu? kim düşmən?
1236
İdeoloqsuz siyasətçi cayar
Caydırıcı düşüncələri yayar
Tanındıkdan sonra yerində sayar
Allah umuduna qalan gül solar
Çöhrəganlılar təkin rəzil olar
1237
May qiyamı Çöhrəqanlını atdı
Allahlıq edəni Allaha satdı
Azərbaycanın harayına çatdı
Dedi hər partı öz yolunu gedər
Milli məclis milləti təmsil edər
1238
May qiyamı dedi mən nəfəsliyəm
Tək səsli deyiləm ki, çox səsliyəm
Pluralist qalmağa həvəsliyəm
Hər partı öz kütləsindən səs alar
Özü üçün öz tütəyini çalar
1239
Çöhrəqanlı dövrü çoxdan sovuşub
Çünkü kütlə sağlığına qovuşub
(Çünkü kütlə öz ağlına qovuşub)
Gömdüyü dönəmə qarşı ... dövuşub
Çöhrəqanlı lider olsun özünə
Öz bayrağını soxsun öz gözünə
- “Mən güney Azərbaycanın milli hərəkatının lideriyəm, mə-
nim bayrağım güney Azərbaycanın bayrağıdır.” Çöhrəqanlı
- “Azərbaycan (milli hərəkəti) mənim təşkilatımdır.” Ələmi
- Azərbaycanın milli-demokratik hərəkətinin neçə milyonluq
devrimçi kütləsini, hakim Fars millətini təmsil edən irticaçı
və şovenist rejimin reformist cinahının içində əritmək üçün,
əridiləcək kütlənin başçılarını moral qırıqlığına uğratmaq ü-
çün, “yaşıl” hərəkət şəklində oyun oynamalıyıq. H. Musəvi
- Bizim milli hərəkətimizin başçıları evdə oturmaq şərti ilə
milli hərəkətimizin kütləsi ayaqlansın, hərəkətə keçsin.
Çünki... Musəvinin on bir maddəli bildirisində olan on bir
istəyi də bizim istəklərimizin bir bölümüdür. Əhməd Obalı
- İbrət üçün deməliyəm, o dönəmdə teori baxımından Baltacı
Araz olmasaydı, Musəvinin əritmə planı gərçəkləşə bilərdi.
1240
Çöhrəqanlı qurtaracak islamı
Ki islama kölə edə madamı
Qurandan asılı qıla adamı
Çöhrəqanlı öyrənci ola bilər
Yoxsa hər kəs xəstəyə şəfa dilər.
18.02.2010