111 - Xeyirsiz ölkədən vazkeçər özgə
Xeyirsiz ölkədən vazkeçər özgə.
(Allahlıq iddiası edən “Arif”!)
(İqtisadi istiqlal olmayacakmış)
(İçiboş dövləti neylirdin ilahi?)
1224 *- Diqqət!
Satqın Türk də milli haqdan danışar
Ovlamaq üçün “od tutar alışar”
Hər şeyə məsuliyətsiz yanaşar
Satqının yemi ovlamak üçündür*
Amacım açılacak bu düyündür
Bugünkü satqını bu gün tanıdın!
İş-işdən keçdikdən sonra “unudun”!
1225
Satqın problemi kökündən çözməz
Ağası sevməyən yazqını yazmaz
Ağasının getdiyi yoldan azmaz
Satqın ağası verən haqqı alar
Çünkü reform devrimi geri salar
1226
Dərdin kökünü gizlədən xəstədir
Sözüm dil haqqı istəyən dostadır
Davamız milli iqtisad üstədir
İstiqlal milli iqtisad üçündür
Bağımlı edən federalist çirkindir
1- Federal dövlətin hakim milləti heç bir asılı millətinə iradə
haqqı verməz, milli idarə haqqı ilə burulmuş dil haqqı verər.
Burulmuş dil haqqı verər ki, o cümlədən farsın yaz-
dığı qondarma tarix ilə antitürk Firdovsunun şahna-
məsi tənqid atəşinə tutulmasın, yandırılıb-yaxılmasın.
2- Hər millət millətlər toplumunun bireyi olduğu üçün, “odu
öz qabağına deşən” hər millətin ortaq federal məclisdə bir
səsi olmalıdır.
Çoğunluğun səsini qazanmaq üçün, zəyif rəqibin zərərinə,
güclü rəqib zəyif səsləri satın ala bilər. Yəni:
Milli məclislərdə bölgə satılar,
Federal məclisdə ölkə satılar.
3- Neçə ölkəli federal dövlətin yatırılmış bütün sərvətləri və
sərmayələri millətlərinin nüfus sayılarına görə millətləri-
nin arasında bölünüb və paylanmalıdırlar ki, səksən beş il-
dən bəri sərvətləri və sərmayələri çalınıb-çapılmış millət-
lər haqlarına yetişdikləri üçün federal dövlətin ədalətli
olacağına inana bilələr.(İsfəhan Loru Farsistan vətəndaşıdır.)
1227
Federalist tonlarca yazı yazsa da
Aldadıb azdırmak üçün “azsa” da
Ordu haqqındakı bəndi pozsa da*
Federalist iqtisad haqqında yazmaz
Çünkü bağımsızlık peşində gəzməz
*- “Federal İranda Azerbaycanın milli ordusu olacak.”
(“İt yalanı” danışan ağsaqqal) Ziya Sədroləşrafi
1228
Bağımsız iqtisad bağımsız qılar
Ölkənin sərvəti özündə qalar
Mal sata bildiyi qədər mal alar
Çapılmayan ölkə olmaz sömürgə
Xeyirsiz ölkədən vazkeçər özgə
1229 *- Diqqət!
Federalist bağımlılığı pisləməz
İqtisadi bağımsızlıq istəməz
Yəni bağımsız olmağa səsləməz:*
Qövmə verilən haqq millətə yetməz
Dil haqqı ölkəni bağımsız etməz
Yad ordusu Ayərbaycandan getməz.
Bu ilkələri ... qızıl ilə yazın!
İkinci Araz doğana dək dözün!*
*- Görəsən ikinci Araz doğacaq?
Neçə ... ildən sora?
09.02.2010