Çap

119 - Elə yatmayın ki, altdan su çıxa

Elə yatmayın ki, altdan su çıxa

     Sıxıntılar boğazınızı sıxa

 

Elə yatma ki, sən əkəni biçə

Sabahkı düşmənin əlinə kəçə

 

Elə yatma ki, yarın əldən gedə

Yarınkı düşmənlərin kama yetə

 

Elə yatma ki, özündən gedəsən

Sabahkı düşmənə qulluq edəsən

 

Elə yatma ki, şüarların sönə

Sabahkı düşmənin sözündən dönə

 

Elə yatma ki, biliksiz qalalar

Sabahkı düşmənə davul çalalar

 

Elə yatma ki, xeyrindən keçəsən

İç düşmənlərin yolunu seçəsən

 

Elə yatma ki, biliksiz qalasan

Müqəllid təkin oyuncaq olasan

 

Elə yatma ki, yuxu üstələyə

Uğradılasan ağır xəstəliyə

 

Elə yatma ki, xalqın da uyuya

Düşə düşmənin qazdığı quyuya

 

Elə yatma ki, inqilab sabahı

Öz üstünə qaytaralar silahı

 

Elə yatma ki, istiqlaldan sonra

İdeolojik ola ana yasa

 

Elə yatma ki, demokrası ölə

Azərbaycan dönə bir qanlı gölə

 

Elə yatma ki, höküm sürə tiyə

Çoxunluq azlığın haqqını yeyə

 

Elə yatma ki, deyə haqqın yoxdur

Çoxunluğunkı azınlıqdan çoxdur

 

Elə yatma ki, istiqlal sabahı

Qanun qoyucu edələr Allahı

 

Elə yatma ki, Allah ruh sayıla

İş işdən keçdikdən sonra ayıla

 

Elə yatma ki, bir ovuc bəzirgan

Sərbəst ola ki, xalqa utdura qan

 

Elə yatma ki, diktator ürətə

Yazılmamış qanun ilə yönəldə   <

 

Elə yatma ki, Allah yazqı yaza

İnsanın yazdığı yazqını poza

 

Elə yatma ki, Allah qanun qoya

İbtal edənin dərisini soya

 

Elə yatma ki, Allah qazı ola

Haqq verməyə doxsan beş faiz qula

Verilməz haqlarımız əldə qala

 

Elə yatma ki, mollası tovlaya

“Cənnət” yemi ilə xalqı ovlaya

 

Elə yatma ki, boşansa ərindən

Yoxsun ola ürətdiyi üründən

 

Elə yatma ki, qadın kölə qala

Keçim dərdindən “üzü yola” ola

 

Elə yatma ki, erkək üstün ola

Talaq haqqından qadın yoxsun ola

Uşaq haqqından ana yoxsun ola

 

Elə yatma ki, qadın gün görməyə

Bütün sahələrdə höküm sürməyə

 

Elə yatma ki, işsiz iş bulmaya

İşsizin xərcini verən olmaya

 

Elə yatma ki, qaçaq mal satıla

Qara yaxanın boynuna atıla

 

Elə yatma ki, həsrət qala … aşa

Yoxsulluqdan pisliklərə bulaşa

 

Elə yatma ki, yazqı pis yazıla

Yoxsulluqdan əxlaqiyyat pozula

 

Elə yatma ki, yoxsulluq üzündən

Pis iş görə ki, utana özündən

 

Elə yatma ki, yoxsulluq bürüyə

Elin ürətici gücü çürüyə

 

Elə yatma ki, siqortasız qala

Parası yetməsə saralıb-sola

 

Elə yatma ki, yoxsul evsiz qala

Həmdə vətən uğrunda yoxsul ölə

 

Elə yatma ki, kamına yetməyə:

Yoxsul üniversitəyə getməyə

 

Elə yatma ki, girev yasaqlana

Piket keçirən tutulub-saxlana

 

Elə yatma ki, toxumu əkilə

Siyası insana dustaq tikilə

 

Elə yatma ki, əkdiyin bitməyə

Düşüncə özgürlüyünə yetməyə

 

Elə yatma ki, ola fərqləri:

Eyni olmaya bireysəl haqları

 

Elə yatma ki, haqqın ola hədər

Alabilməyək firansızlar qədər

 

Elə yatma ki, demokrası bata

Feodal-komprador kamaçata

 

Elə yatma ki, tək partılı ola

Dövlətin işləri örtülü ola

 

Elə yatma ki, dövlət ərbab ola

Xadım etmək üçün inqilab ola

 

Elə yatma ki, tacir qimət qoya

Ucuz ala, baha sata, cib soya

 

Elə yatma ki, bir ovuc feodal

Mekanizasiyona çövürə dal

 

Elə yatma ki, yaşaya faizə

Faiz ilə etməyə mekanizə

 

Elə yatma ki, murada yetməyək

Sənayeləşdirən yolu getməyək

 

Elə yatma ki, müstəmləkə qalaq

Montaj etmək üçün traktor alaq

 

Elə yatma ki, tükədici qalaq

Milli iqtisadı pis kökə salaq

 

Elə yatma ki, sayısız derdləri

Anlatmaq üçün aşam sərhədləri

 

Elə yatma ki, sansorsuz dünyada

Qoymaya Araz xalqını oyada.

14.10.2006

 

“Biz Azərbaycan Türklərinə, Türk Azərbaycanımız “demokra-

sı”dan, “dem qırası”ndan (Baltacı Arazın demokrası davasın-

dan -Araz), başqa “kırası”lardan çox-çox üstündür! Tarix boyu

şillələnmışık. İndi nə yaxçı ki, özümüzünküsündən şillələnək!”

10.11.2010 Əliriza Fərşi (Ki Xumeyni millisi idi. - Araz)