Çap

118 -Tənqidçi bilir ki, nə etməlidir.

   Tənqidçi

    bilir ki, nə etməlidir.

Tənqidçi kar-kor təşkilata sığmaz

“Dəymə-düşər”ləri başına yığmaz

 

Tənqidçi bilir ki, nə etməlidir

Gecəni qovmasa günəşi doğmaz

 

Tənqidçi bilir ki, nə yetişdirə

Qoyun olmayanları kimsə sağmaz

 

Tənqidçi bilir ki, buludsuz göydən

Atəşli tarlalara yağış yağmaz

 

Tənqidçi bilir ki, dişi qırılsa

Dişsiz qurd silahsız qoyun boğmaz

 

Tənqidçi bilir ki, suçdan suç doğar

Bu səbəbdən suçluya boyun əyməz.

                               11.10.2006