117 - Mollanı sanki sayan vardı bu gün!
Mollanı
sanki sayan vardı bu gün!
Zaman geriçi deyil ki, doğa dün.
Radikallaşmasa milli herekət,
Qazana bilməyəcəkdir bərəkət.
(Məndən demək, sizdən eşitmək.)
Tək bir molla qatılıb hərəkətə,
Onu da rəhbər sunurlar millətə!
Rəhbər sanılan mollanın savadı
Budur ki, necə əzərlər ... arvadı
Sunulan mollanın milli şüuru
Çağdaş deyil ki, ürətə teoru
Türkçüyəm deyən molla rəhbər olsa
Demokratizə olmaz anayasa
Molla feodal rejimin beynidir (Ümmət)
Türkçülük kapitalizmin dinidir (Millət)
Mollanın ana yasası qurandır
Nisa surəsində hər şey əyandır
Mollanın hər şeyi feodalıdır
Neçə yüz il çağımızdan dalıdır
Molla feodalı dindən dönməsə
Qoymaz demokrası bayrağı əsə
Molla qatılmamalıdır devrimə
Çünkü din yol verməz heç bir evrimə
Molla qatılsa siyasət işinə
Düşməməlidir mollalıq peşinə
Molla qullanmayacaqsa dinini
Nədən istər ki, daşıya qınını?
Molla qatıldığı işə xət verər
Yönəldə bilmədiyinə dərd verər
Mollanın verdiyi “əxlaq” dərsləri
Öldürərlər haqsevər həvəsləri <
Mollanın dini qadın düşmanıdır
Bu gün ifşa etməyin zamanıdır
Mollanın qanun qoydurtduran dini
Qoymaz qanun qoya insan beyini
Molla düşünən beyini durdurar
Allah ağlı ilə plan qurdurar
Molla bilməz Allahın səhvi çoxdur
Çağdaş bilimlərdən xəbəri yoxdur
Molla insan ağlına sayqı duymaz
Yoxsa cahil-Allaha kimsə uymaz
Molla deyər Allahın sözünə uy
Allah deməyən sözü qırağa qoy
Molla deyər Allahın səhvi yoxdur
Qadın deyər az deyil, həm də çoxdur
Molla Allahı “eşitçi” göstərər
Kölə etdiyi qadını küsdürər
Molla qadını erkəkə qul sanar
Musavatçı olmadığını danar
Molla xalqı kölə edər Allaha
Allah da dövr edər kölgəsi şaha (“... zellullah”)
Molla deyər mollasız iş görülməz
“Allahoəkbər”dən sorğu sorulmaz
Molla müslim edər ki, zalım minə
Həm də qulluq edə geriçi dinə
Molla hər yerdə aş olsa baş olar
Yoxsa eyibləri xalqa faş olar
Molla alışıbdır ki, rəhbər ola
Sağır sandığı xalqa əkbər ola
Molla özünü xalqa rəhbər seçər
Qəbul etməyənin qanını içər
(Bacara bildiyi təqdirdə)
Molla deyər din “həqiqət” yoludur
Qadın erkəkin ağılsız çölüdür (tarlası)
Molla qoymaz ki, qadın qanun qoya
Tanrı kirlədən beyinləri yuya
Molla üsyançı ruhları burdurar
Çünkü qorxulu “cəhnnəm” qurdurar
Molla “cənnət” vədəsiylə susdurar
Eşitlik istəyənə qan qusdurar
Mollanın verdiyi qərar pozulmaz
Orda ki, islamın kökü qazılmaz
Molla qatılmış olsa siyasətə
İstəyər ki, əl tapa rəyasətə
Molla bilir ki, Allah yazqı yazar
Ki necə xalqı çapa bilə bazar
Molla bilir ki, hansı sinf zəlidir
Yiyəlik payı ver deyən Əlidir (İmaməli)
Molla bilir ki, haram mal nəcisdir
Haram mal yeyən sömürüçü pisdir
Molla bilir ki, haram mal kirlədər
Kirlənməzdir sömürülən proleter
Molla bilir ki, kim iyrənməlidir
Hansı sinf kirlərdən arınmalıdır
Molla bilir ki, məzlum kirli deyil
Dörd arvadlı təkin dörd ərli deyil
Molla bilir ki, ən kirli özüdür
Çünkü demədiyi sözün düzüdür
Molla bilir ki, kim kimi sömürür
Ort-basdır edən də sümük gəmirir
Molla bilir ki, dünya yumurudur
Pisliklərin səbəbi sömürüdür
Molla bilir ki, bu sözün düzüdür:
Sömürüçü insafsızın özüdür
Molla bilir ki, pisdən pislik doğar
Sömürüçü “insan” insanı “sağar”
Molla bilir ki, məzlum şərəflidir
Sömürüldüyü üçün insaflıdır
Molla bilir ki, əxlaqsız zalımdır
Əxlaq sahəsində məzlum alimdir
Zalımlara əxlaq dərsi lazımdır
Molla bilir ki, məzlum haqsevərdir
Bu baxımdan da məzlum bəxtəvərdir
Molla bilir ki, nə həddə qınana > (zalım)
Ki ovlayacağı məzlum inana > (Diqqət!)
Molla bilir ki, necə duzaq qura
Həm də ovladığını necə bura
Molla bilir ki, kimə qulluq edir
Nə üçün məsçidə, camiyə gedir
Molla nallının nalını çəkdirər
Yoxsa fitvası qanını tökdürər
Molla bilir ki, quran da yersəldir
Cisimsiz Tanrı içiboş qəzəldir
Molla tacir ilə bəyin quludur
Getdiyi köləçi sinfin yoludur
Molla xan-bəy ilə oturub-durar
Nə edəcəyini onlardan sorar <
Molla bilir ki, köləçi nə istər:
İstər həm üz verilə, həm də astar
Molla bilir ki, ömürdən gün gedir
Kölə etdiyi kimə qulluq edir
Mollanın məhsulu da cəhl əyirər
Kölə toxumundan kölə göyərər
Molla deyər ki, qulluq etməsə qul
Biz öldürərik ki, Allah edə kül
Molla deyər ki, din demiş böylə ol!
Ərinə tarla, erkəkə kölə ol! <<<
Molla kölə yetişdirər hədfə
Allah adı ilə köləçi sinfə <<<
Molla deməz ki, yazqı yazan Allah
Keçmişdə bəzirgan idi, dünən şah (Bazarxanı)
Molla deməz ki, bu günün Allahı
Bizik ki, qovmuşuq feodal şahı
Molla çağdaş elmlərdən anlamaz
Çağ dışı köləçiləri danlamaz
Molla qovar ayə ibtal edəni
Ki bəlli olmaya xalqa nədəni
Molla tənqidçinin gözünü oyar
Nəsimilərin dərisini soyar
Mollanın pisliyi öz beynindədir
Beynini işqal edən dinindədir.
10.10.2006