116 - İstiqlal qurtarmalıdır qadını.
İstiqlal qurtarmalıdır qadını.
* * * * *
Din haqqında bir dartışmanın sonucu:
* Qız dedi “Din bizə zülm edir qat-qat.”
Doktor dedi “Ağrıyan dişi çək at!”
Ağrı dedi “Tezdi, başını at yat!”
* * * * *
* İslam dini qadını tarla sanar
Qadının insan olduğunu danar
* Din deyər tarlanın karı ərindi
“Allahın qazdığı quyu dərindi”
* Din deyər səkkiz yaşlı qız əllənər (Ayşə-Mohəmməd)
Doqquz yaşlı kaftar ilə evlənər*
Qoca kaftar, sənə on beş, yaşı olan
qız nə gərək? - 1910 M. İbad operası
* Din deyər bakirə qız etsə dava,
Gəlinetdikdən sonra çəkin dara! (təcavüz)
* Din qadının mənliyini öldürər
Bu səbəbdəndir ki, çadra örtdürər
* Din istər erkək yönəldə qadını
Yəni qoyun edə, sağa südünü
* Din qadına haqq verməmiş boşana
Haqq vermiş ki, dərd əlindən eşinə
* Qaravaşın kəbini kəsilidir
Yiyəsinin meylindən asılıdır
* Dörd qadın bir erkək üçün halaldır
İki ərlinin cəzası zavaldır
* Çox qadınlı hər ev hərəmsəradır
Başqa deyişlə fahişəxanadır
* Bir saatlıq siqə qadın rusbudur
Şiə məzhəbli Məşhədin kəsbidir <<<
Məşhədi Rza “imam”ın kəsbidir (Möcüz)
* Din haqq verməz ki, qadın qazı ola
Qazı istər haqlı haqqını ala
* Kim istər insafını dinə sata?
Qıza bir, oğlana iki pay çata
* İslam öldürər “ala” hər zadını
Əsir düşmüş qeyri müslim qadını
* Din iki şahid qadını bir sayar
Yəni iki gözdən birini oyar
* Din bilərək qadını mal tanıyar
Qadını qullanmayanı qınayar
* Din qoymaz naməhrəm əli sıxıla
Ki uyqar təkin qabağa çıxıla
* Qadın gərək ki, ağlını işlədə
Çox arvadlı erkəkləri daşlada
* Qadın insanların ən gözəlidir
Laylası insanlığın qəzəlidir
* Qadın mal deyil ki, tarla sayıla
Boşanan zaman uşaqsız qoyula
* Qadın mal deyil ki, arzı etməyə
Mal sanan istər ki, qazı etməyə
* Qadın mal deyil ki, çobanı ola
Südünü sağanın qurbanı ola
* Qadın eşşək deyil ki, yük daşıya (hamilə ...)
Həm də haqlarından yoxsun yaşıya
* Otay yüz il öncə dini qınadı
Nala-mıxa döyən butay sınadı
* Butay yüz il otaydan geri qalıb
Çünkü geriçi Fars ağlını çalıb
* Geriçiliyi istibdad qoruyar
Gəlişə bilməyən toplum çürüyər
* Din haqq verməz dinə qarşı mərama
Ki adamlıq haqqı verə madama
* Qadın toplumun yarı nüfusudur
Antiqadın geriçi ulusudur
* İstiqlal qurtarmalıdır qadını
Yoxsa dəyişdirməlidir adını.
15.09.2006