115 - Demokrasıya bildir!
Dedim:
“Lütfən demokrasıya bildi”
Mən sənə, sən də mənə öyrəd dedi
Dedim arif “A”dan anlayar “zed”i
Dedi Türkün ağlı Ərəb ağlıdır
Dedim cəhlindən ürəyim dağlıdır
Dedi kim Babəkimizi doğradı?
Dedim kim başına vurdu ağladı?
Dedi molla bizi müsəlman etdi
Dedim ağıl aldı, cəhl satdı, getdi
Dedi molla hər nə desə doğrudur
Dedim bəlkə doğru deyil, əyridir
Dedi mollanın tənqid haqqı vardır
Dedim o haqdan yoxsun xalq “davar”dır
Dedi molla ölçər, mən də biçərəm
Dedim mən şərab düzəldib içərəm
Dedi quranı anlamaq “çətin”dir
Dedim anlaşılmayan şey çöpündür
Dedi quranın dili Türkün deyil
Dedim oxuyub-qanmaq üçün deyil
Dedi mən qurandan heç anlamaram
Dedim mən biliksizi danlamaram
Dedi quran yaxşı an ayasadır
Dedim köhnə Ərəb üçün xasadır
Dedi Allah gərək yol təyin etsin
Dedim hər sinf ağlını ayin etsin
Dedi Allah ən ağıllı qazıdır
Dedim Allah bayat burjuvazıdır
Dedi aşağılamağın həddi var
Dedim hər sinfin görüşü, xətti var
Dedi müslim Allahının quludur (təsilm olmuş)
Dedim kölə edən insan oğludur
Dedi insan doğuşdan müsəlmandır
Dedim bir növ materialist heyvandır
Dedi heyvanların da Allahı var
Dedim rəiyyətin ancaq şahı var
Dedi Allah yoxsa yaradan kimdir?
Dedim doğanın Tanrısı cisimdir
Dedi kim bu maddəni canlandırıb?
Dedim hüceyrə ürətən qandırıb
Dedi Allah ruhdu, yaxud ağıldır
Dedim cəhlin söylədiyi nağıldır
Dedi elmin dediyinə inanma
Dedim gözükməz yoxları var sanma
Dedi Allah məni dardan qurtardı
Dedim bəxti yar olan bəxtiyardı
Dedi xoş gün görən yoxdur bu yerdə
Dedim Allah yoxdur ki, yardım edə
Dedi Allah sərbəst edib sınaya
Dedim yoxdur ki, daş edə qınaya
Dedi Allah sınamaqdan yorulmur
Dedim bizim səbir tasımız dolmur
Dedi Allah zalımı daş edərdi
Dedim onda ki, yalan yedirərdi
Dedi Allah bilərəkdən öldürür
Dedim elm mikrobu qatil bildirir
Dedi qatil anaları ağladar
Dedim həm ağladar, həm də dığladar
Dedi Allah dərd ilə dərman verib
Dedim öküz nağılı sona irib
Dedi biz zərrəyik, Allah əkbərdi
Dedim ağıl baxımından əsğərdi
Dedi lənət pisə, rəhmət yaxşıya
Dedim ruh xatirədir ki, daşıya
Dedi ruhun ağıl şəkli Allahdır
Dedim tacirdir ki, kölgəsi şahdır
Dedi ruhun fəhlə şəkli “mələk”dir
Dedim çiynində qurduğu kələkdir
Dedi ruhun erkək şəkli “qılman”dır
Dedim dörd arvad alan müsəlmandır
Dedi ruhun od şəkli “cəhənnəm”dir
Dedim yanan yoxsul ilə Sənəmdir
Dedi ruhun yaylaq şəkli “cənnət”dir
Dedim cənnət edən vardır, zinətdir
Dedi Allah ruhdur, kölgəsi şahdır
Dedim tacirinki ... ayətullahdır
Dedi “o” dünya ruhun toplamıdır
Dedim içiboş malın reklamıdır
Dedi bu dünya maddə dünyasıdır
Dedim davamız qanun davasıdır
Dedi sən bambaşqa ölçüb-biçirsən
Dedim sən də qılı tükdən seçirsən
Dedi Allah altda deyil, üstədir
Dedim cahilin məntiqi xəstədir
Dedi “cənnət”də yemək içmək boldur
Dedim ruh yeməz ki, bu nə qövldür?
Dedi “cənnət”də bol-bol huri vardır
Dedim özünü otaran davardır
Dedi “cənnət”dəki, işləməz, yeyər
Dedim ərbaba pay aldıran deyər
Dedi “cənnət”də çoxlu axar çay var
Dedim çaysız Ərəbistanda yay var
Dedi Allah deyib yerə əl qoyma
Dedim qan sorduran qanuna uyma
Dedi Allah deyib ərbaba pay ver
Dedim əkinçinindir əkdiyi yer
Dedi Allah qulu rəiyyət edib
Dedim pisdən boşanıb, pisə gedib
Dedi qansoran ərbab məscid tikir
Dedim kölə yetişdirir, kef çəkir
Dedi varlı yoxsula biganədir
Dedim hər kəs öz sinfindən yanadı
Dedi tacir malımı ucuz alır
Dedim ucuz aldığı qədər çalır
Dedi ağıllı çarə bulmalıdır
Dedim hər sinf siyası olmalıdır
Dedi haqdan yana insan dinçidir
Dedim yerə əl qoyan əkinçidir
Dedi dörd arvad dəyər bir kişiyə
Dedim Allah zülüm edər dişiyə
Dedi arvad qazı olsa göz oyar
Dedim müslim öz arvadını döyər
Dedi nüfusun yarısı arvaddır
Dedim arvad qul olmağa azaddır
Dedi talaq haqqı olan qul edər
Dedim qul olmasa, Allah kül edər
Dedi Allah arvada haqq verməyib
Dedim arvad muradına irməyib
Dedi Allah arvadı tarla sanıb
Dedim dinçi olmaq eyibdir, eyib
Dedi Allah deyib dinsizi öldür
Dedim lütfən demokrasıya bildir
Dedi alimlər niyə dinçidilər?*
Dedim “A” dedim məndən incidilər
*- Doğada alim, toplumda geriçi
Dedi qoyma islam don dəyişdirə
Dedim yel deyil ki, yön dəyişdirə.
Don dəyişdirə bilər, yön dəyişdirə bilməz
Çünkü:
Mahiyyət dəyişməz, şübhən olmasın.
18.01.2005