Çap

114 - Biz əsil müsəlmanıq.

 “Harda müsəlman görürəm qorxuram.”

 Atamız mirzə Ələkbər Sabir

 

Min dörd yüz ildir “Allah” axtarırıq,

Var sanıb, “püştü pənah” axtarırıq,

Darda qalanda ərvah axtarırıq,

Dua ozmanı cərrah axtarırıq,

Göbək yazan şeyx Fəllah axtarırıq,

Ağıl öldürən silah axtarırıq,

Dombaldıb-düzəldən şah axtarırıq,

Şahlıqdan yana cinah axtarırıq,

Şahlığa ayətullah axtarırıq,

Kıravatlı hizbullah axtarırıq,

Xums verməyə sipah axtarırıq,

Ağladmaq üçün timsah axtarırıq,

Rəməzan sonunda “mah” axtarırıq,

Dörd nikah üçün tamah axtarırıq,

Hər gün bir evdə mübah axtarırıq,

Şər batağında səlah axtarırıq,

Doğuz ətində günah axtarırıq,

Sərvət yaradıb rifah axtarırıq,

İtib-batanı sabah axtarırıq,

Səbəblərinə izah axtarırıq.