Çap

113 - SON SÖZ

So Söz

1391

Araz şeri ucalara qaldırdı*

Ağılın sazını şeirə çaldırdı

Bilimsəl şer ilə cəhlə saldırdı

Duyğu ovlayıcı peşində gəzər

Cəhalətin kökünü ağıl qazar

 

   *- Alçaq könüllülüyün də həddi var

Çünkü təqlidçi şəhərli, kənddi var

1392

Mən siyasətin sazını köklədim

Siyası biliki şeirə yüklədim

Politikanı sənətə əklədim

Mən Əynşteyn təkin axtardım, tapdım

Şeirin ən güclü bombasını yapdım

 

Bu bombalar ilə düşməni vurun

Etkisini Hiroşimadan sorun

1393

Mən elmi çevirdim qolay bir dilə

Alim olmayanda anlaya bilə

Dönüşə çağdaş düşüncəli elə

Çünkü elmdən başqa hər şeyi var

Bilimsəl düşünən çarəni tapar.

 

Bu əsər çevrilsə başqa dillərə

Quluq etmiş olar qardaş ellərə

1394

Hansı çiçəkli bağı gəzməmişəm?

Hansı şanın balını süzməmişəm?

Hansı dinsəl qonudan yazmamışam?

Mən aydına düşən işi görmüşəm

Biliklərimi iləri sürmüşəm.

(Vuranı vurduğu yerdən vurmuşam)

 

Hər bir düşüncənin reklam haqqı var,

Yaxşıya hörmət edərlər, pisi xar.  <<<

1395

Araz dinə qarşı fikir yürüdüb

Quranın ayələrini çürüdüb   <

Dinin su içdiyi kökü qurudub

Görəsən ikinci Araz doğacaq?

Yoxsa yağmur yerinə od yağacaq?

Xalqı qoyun edən çoban sağacaq?

1396

Quranın da tanrısı cəhl yaradıb

Diktatorlar təkin fikir yürüdüb

Haqqına əl qoyduğunu çürüdüb

Araz ağıl yaradıb Türk xalqına

Ki çata əl qoyulduğu haqqına

 

Tanrının kim olduğunu öyrətin!

Tanrılığı ölümünə uğratın!   <<<

1397

Sən tarix yaradacaqsan əsərim

Səni yaraddı mənim alın tərim

Ki qurtula ... erkək əlindən pərim

Araz devrimçi xalq əkdi ki, doğa

Buludundan ... insan haqları yağa

 

“Uyqarlaş” adlı əsər olan yerdə,

Kölə edən əsər oxunmaz bir də.

(Füzulunun şeiri oxunmaz bir də.)

1398

Sən dedin ək-biç ki, mən dartım dəni

Həm də yayım sən yazan ... məqaləni

Mən də yazdım ki, oyadam ... zənəni

Böyləmi qarşılayacaqdın məni?

Ay boykotçu yaz qələbə çalacaq

“Üzü qaralıq kömürə qalacaq.”

1399         Tanı bunları!

Arazı boykot edən Türk cahildir

Cahil deyilsə demək ki, aqildir

Məzlumu zalıma satan rəzildir

Zalımdan yana siyası satılar

Rütbə üçün siyasətə qatılar  <

 

Məndil olmaki, qullanıb atalar,

Qoyduğun əməklərini ... satalar.

1400

Quranın xeyrinə sazı kökləmə!

Şəriətdən başqa bir şey bəkləmə!

Suçlarının üstünə suç əkləmə!

Suçlar quranın ayələrindədir,

Zalımdan yana qayələrindədir.

1401

Arazın şeirini yaymaq lazımdır

Çünkü  gənc yaşlıya qaymaq lazımdır

Qaymaqdan bəslənib-doymaq lazımdır

Arazın şeirində olan necəlik

Öylə oyadar ki, doğa bacarıq

1402

Bu əsər bizə tay yetişdirəcək

Laik, sekular bəy yetişdirəcək

Ön dörd gecəlik ay yetişdirəcək

Ay-ulduzdan sonra günəş doğacaq

Qaranlığı işıq tutub-boğacaq.

1403

Araz olmasaydı haqqın yanardı,

Hər siyası özünü xan sanardı,

Verilməyən haqlarını danardı.

Araz xanxanlığın kökünü qazdı,

Devrimçi yetişdirən kitab yazdı.

 

Detaylı düşüncə lazımdır elə,

Ki sapdıranları tanıya bilə.

1404

Arazizm bilimsəl fikir yürüdüb,

Quranın ayələrini çürüdüb,

(1- Antiqadın ayələri çürüdüb,)

(2- Xilafətçi ayələri çürüdüb,)

(3- Xurafatçı ayələri çürüdüb,)

(4- Terroristi ayələri çürüdüb,)

Həm də lillənmiş suları duruldub;

Arazizm ölçüdür ki, ölçüb-biçə,

Yaxşını pisdən, qılı tükdən seçə.

1405

Sekular dövlət dinsiz dövlət olar,

Din, dinsiz dövlətin dışında qalar,

Dinsiz dövlət ortaq zurnanı çalar;

Sekular dövlət ağlını qapdırmaz,

Heç bir sinfi manifesti öpdürməz.

1406

Dinin yeri toplumun içindədir,

Qələbə məntiqinin gücündədir,

Səfsətənin gücü qılıncındadır,

Dinə qarşı yazılmış heç bir əsər,

İfşa edə bilməz Arazizm qədər.

____________________________

Azərbaycan Türkü, çəkmə nazımı!
İmla baxımından düzəlt yazımı!
Kökləginən çala bilsin sazımı,
     Qurallar səhvim qaldırsan gedər!
     Qoyduğum əməklər olmasın hədər.