Çap

112 - Çingiz deyir Türk müsəlman qalacaq.

Çingiz deyir   (Öz Türk)

Türk müsəlman qalacaq.

 

(Sekularizmi din ilgiləndirməz,)

(Antisekularist bilgiləndirməz.)

 

(Düşünməyin qoyacağınız börkə,)

(Otuz illik təcrübə yetər Türkə.)

1379

Çingiz bəy sanır Turan ormanıdır,

Türkü oluşduran müsəlmanıdır,   (diqqət!)

Tanrının qanunları dərmanıdır;

Çingiz bəy deyir Türk müsəlman qalsın,

(= İnsan haqlarını gömməyə dalsın,)

(Qadın ilə ... aydını dərdə salsın.)

1380

Xumeyniçi Fars istədi qorxuda,

Ki Türk soylu geriçini oxuda,

Tanıya bilə varı da, yoxuda;

Çingiz dedi din Türkün dərmanıdır,

Türk, Tanrının düzgün müsəlmanıdır.*

 

   *- Reaksiya, bəhanədir ki, din reklam oluna.

Halbuki, sekularizmi din ilgiləndirməz.

(İslam dini ananas deyil, bəlkə antiqadın,)

(antiinsani ayələrdən oluşmuş ideolojudur.)

1381

Çingiz bəy bəyənməyir hizbollahı,

Deyir mən olmalıyam zillollahı,

Ki tanıtam qurandakı Allahı;

Allah quranındakı ayələrdir,

İçində daşındığı qayələrdir.

1382

Çingiz bəy mollaların mollasıdır,

Elə Məcnundur ki, din Leylasıdır,

İnsan haqlarının baş bəlasıdır;

Hansı insan haqqı ... antiqadındır?

Tanrının faşist olduğu aydındır.

1383

Çingiz deyir Türk müsəlman qalacaq,

Yəni erkək Türk dörd arvad alacaq,

Hər gün başqa yorğan-döşək salacaq,

Arvadına dörddə bir pay verəcək,

Arvadı ona rəgli çay verəcək.   (dörd rəngli)

1384

Çingiz deyir müsəlman qal ki, sevəm,

Bir qat çox irs apara oğlan nəvəm,

Sözə baxmayan arvadımı dövən,

İnsan haqlarını satam qurana,

Azərbaycanı döndərəm ormana.

1385

Çingiz deyir müsəlman qal ki, gülüm,

Birçəyinə gülüm ki, oldun qulum,

Yoxsa gərçəkləşməzdi mənim yolum;

.... Boşanmaq haqqını qadından alım,

Anasını uşaqsız yola salım.

1386

Çingiz deyir Türk müsəlman qalacaq,

Yəni dinin zurnasını çalacaq,

Gərəkli dinsəl cihada dalacaq,

Ki qadını başçı seçə bilməyə,          <<<

Qadın qanun ölçüb-biçə bilməyə.

1387

Tanrıdan sorğu sormaz dinçi erkək,

Tanrıdan qadın sorğu sora gərək,   (yasaqdır)

Çünki kölə olmaq istəməz ürək;

Tanrı edib qadını erkəkə qul,

Bu haqda ayələri vardır bol-bol,

Yaşamın hər sahəsində, ay Bətul!

1388

Xalqın geriçisi ... müsəlmanıdır,

Xalqın eşitçisi din düşmanıdır,

Dinsiz dövlətxalqımın dərmanıdır;

Dinsiz dövlər qurduracaqdır yolum,

Zərərsiz müsəlmana qurban olum.

1389

Dinçi şahlıqdan yana rejim qurar,

Təslim olan xalqın ağlını burar,

Baş qaldıran xalqın boynunu vurar,

Şahların da prezident şəkli var,       <<<

Tanıtsan, İlham məni kəddən qovar.

1390

Demokrası kütləni sərbəst edər,

Hər sinf, hər kəsim öz yolunu gedər,

Ən ağıllı sinf ... təyin edər qədər,

Ağılsızın əməyi olar hədər,

Varlının pulu var, yoxsulun eli,

“El gücü sel gücü”dür, qırar beli.

 

“Azərbaycan milləti müsəlman idi,

müsəlmandı, müsəlman qalacaqdır. ...”

Gingiz Öz Türk

 

14.05.2012       Baltacı Araz