110 - Ağıl öldürən qatilləri tanıt!
Ağıl öldürən qatilləri tanıt!
(Arazizm Türkün milli şüurudur,)
(Hər baxımdan devrimci teorudur.)
1366
Deyir “Mənim fikrim elin fikridir,”
“Məkkəmizdən əsən yelin fikridir,”
“Antiqadın edən feilin fikridir,”
(~ Əxəvanolmüliminin fikridir,)
“Arazın fikri (guya ki,) şəxsidir,” (?!)
“Oyunu şəxsi fikrinin rəqsidir.”
1367
El oluşub çeşitli siniflərdən,
Sinfi savaş aparan həriflərdən,
Araz himayət edər zəiflərdən,
Hər sinifin başqa ölçüsü vardır,
Sinfi ölçüsü olmayan “davar”dır.
Milli şüuru olmayan “davar”dır.
1368
İslam dini ərəbizmin dinidir, <<<
Teorizə edən köhnə beynidir,
İslam dini ilə faşizm eynidir,* > (Cənab ...!)
Kökünü qazan bilikli kinidir; > (Arazizm)
Dinçi Türkün fikiri yadın fikridir, <<<
Ərəb soylu antiqadın fikridir.
*- Yaxşıya hörmət edərlər, pisi xar. (Cənab ...!)
1369
Ümmətçi Türk millətçi ola bilməz,*
Milli dərdinə çarə bula bilməz,
Qadının qadasını ala bilməz,
Araz deyər ay milli-demokrat Türk,
Din aşılamaq istəyən Türkdən ürk!
*- Çəlişkili düşünməyə son!
Əxəvanolmüslimin qadın içərə bilməz.
1370
İnsan haqları dünyəvi haqlardır,
Uğrunda savaşan bütün xalqlardır,
Dinin qurbanı ... arvad-uşaqlardır,
İnsan haqları uğrunda bu savaş,
Tarix boyunca yürütülmüş qardaş.
1371
Arazın fikri xalqının fikridir, <<<
Azdıran Ərəbin Əbubəkridir,
Əlisinin hiləsidir, məkridir;
Dinçi, ərəbizmin yolunu gedər, (kiş və mat!)
Eşit hüquqluluqdan yoxsun edər. (kiş və mat!)
1372
Arazın fikri aydının fikridir,
Tümrüs yolçusu qadının fikridir,
Milli-demokrat budunun fikridir;
Arazın şeri oyadacaq xalqı,
Ki alına bilə verilməz haqqı.
1373
Araz milli devrimi amaclayıb,
Dərdləri çözümləyib, sonuclayıb,
Türkü sapdıran Türkləri suçlayıb;
Səhvini düzəltmək istəməyən Türk,
Tanınmasa, başımıza qoyar börk.
17.05.2012 Baltacı Araz