109 - Dinsiz dövlət dərdlərin dərmanıdır.
Dinsiz dövlət dərdlərin dərmanıdır.
1360
Ay milli hərəkətin Türk qadını,
Aktiv ol ki, tanıtasan adını, (sinfi adını)
Əsdirəsən sinfi-milli badını;
Qadın sekular etsə millətini, <<<
Qurtarar qadını, məmləkətini.
1361
Dinçi erkək, qadının düşmanıdır,
Dinsiz dövlət çox dərdin dərmanıdır,
Dinsiz dövlət qurmağın zamanıdır;
Dinsiz dövlət eşit hüquqlu edər,
Eşit hüquqlu öz yolunu gedər.
1362
Sekular, ana-bacısını sevər,
Dərmanın dadlı-acısını sevər,
Qurtarıcını, nacisini sevər
Dinin qurbanı qardaşda ... ürəkdir,
O ürəkdir ki,
Qar kimi soyuqdur, daş təkin bərkdir.
1363
Xəstə ürəkləri sağaltmaq üçün,
Üzü qaraları ağartmaq üçün,
Uyqarlaşdıran addım atmaq üçün,
Dinsiz dövlət lazımdır Türk xalqına,
Ki çata bilə insani haqqına.
1364
Sekularizmin içində çox şey var,
Eşitlik havasını çalan ney var,
Sağlam azadlığı məst edən mey var,
Sekulardan qorxan Şəhnaz Qulamı,
İfşa etməz antiqadın islamı.
Aniqadın olan islam dinini ifşa etməyən qadın,
“Qadın haqları”nın müdafiəçisi sayılmaz.
1365
Araz “Uyqarlaş!” kitabında yazıb,
Yazıb ki, din hansı haqları pozub,
Kimin xeyrinə kimə qəbir qazıb;
Dinin … antiqadın ayələrini,
Oxuyan anlayar qayələrini.
28.04.2012