106 - Cahili ələşdirməsən oyanmaz.
Cahili ələşdirməsən oyanmaz.
(Yeni kitabın ilk yazısı da ola bilər.)
1336
Haqq söz söyləyən araşdırıcıdır,
Zalıma görə ... qarışdırıcıdır,
(Cahilə görə ... qarışdırıcıdır,)
Zalıma qarşı barışdırıcıdır;
Marx cahil məzlumları barışdırar,
Zalımların canına darışdırar. <<<
1337
Ağıllı dost dosları barışdırar,
Səhvli dost bilmədən qarışdırar,
Səhvsizin canına darışdırar; <<<
Səhvli dostun ölçüsü, yöntəmi,
Düşmənə aiddir ay cahil əmi!
(13.04.2012 Günaz Tv Azərəxş bəy) <<<
1338
Səhvli dostun ölçüsü yanlışdı,
Harda yanlış ölçü işə qarışdı, <<<
Orda dost dostun canına darışdı;
Yanlış ölçü doğrunu yanlış sanar,
Başı daşa dəydikdən sonra qanar.
1339
Sıradan insan ... qənd-şəkər ürətər,
Cahil insan cəhlə nökər ürətər,
Seçkin insan doğru fikir ürətər;
Doğru fikir haqqı haqlıya verər,
Cahilin meyvəsini düşmən dərər.
1340
Sıradan insan seçkinə bənzəməz,
Hər mey içdiyin içkinə bənzəməz,
Qonuşkan dərdli suskuna bənzəməz;
Seçkin ancaq seçkin ilə ölçülər,
Yüz kərə ölçdükdən sonra biçilər.
1341
İnad cəhlin xeyrinə zurna çalar,
Qurur cəhlin intiqamını alar,
Tənqidçini təhqir etməyə dalar; <<<
Yanlış ölçü tənqidi təhqir sanar,
Pis yöntəmin oduna yaxşı yanar.
1342
Yanlış ölçünü pisləyən tapılar,
Əyrini düzəltmək işi yapılar,
Doğru və yaxşı söz göydə qapılar,
Cahili ələşdirməsən oyanmaz,
Yaxşılıq ölməz, qanına boyanmaz.
1343
Cəhlin qururu deyər cəhlimi öy!
Cəhlimi öyməyən tənqidçini döy!
Yetməsə, ata-anasını da söy!
Cəhlin qururunun qulağı kardır,
Söz eşitdirənə cəzası “dar”dır.
1344
Cahil insan cəhlini elm sanar,
Tənqidə uğrasa, od tutub yanar,
Yandırıb-yaxmaq üçün elmi danar;
Cahil insan monoloqdan yanadır,
Dinləyib-duymaq ilə biganədir.
(Diyaloqçuluq ilə biqanədir.)
1345
Cahilin də bildiyi çox şey vardır,
Nə yazıq ki, baxış açısı dardır,
“Dar görüşlüyəm” demək ona ardır;
Cəhli qoruyan cəhlin qururudur,
Silahsızlandırmağı zərurudur.
1346
Cəhlin qururu yalançı da edər,
Yalançının abırı əldən gedər,
Qazandığı şərəfi olar hədər;
Günəşi gizlədə bilməz heç bir şey,
Nə bulud parçası, nə yer ilə göy.
1347
Cəhlin qururu istər ki, mat edə,
(Şahid peşində gəzər ki, at edə,)
köhnə suçuna görə “bədzat” edə;
Cəhlin qururu tənqidi qol sayar!
Tənqidçiyə qarşı qol vuran cayar.
1348
Cəhl övqücüsünü bağrına basar,*(1 və 2)
Yönəltən övqücüyə qulaq asar, (öyən kimsə)
(Xət verən övqücüyə qulaq asar,)
Ovlandıqdan sonra kəsəni kəsər;
Cəhlini göm ki, qırılmaya bayda,
İş işdən keçdikdən sonra nə fayda?
*- 1-) Əzizim, sən seçkinlərə aid sayısız özəllik-
lərin ən yaxşılarından oluşmusan.
*- 2-) Əzizim,
“Səndə Məcnundan bətər aşiqliq istedadı var”
“Aşiqe sadiq sənsən, Məcnunun ancaq adı var”.
“Eşşəyini körpüdən keçirmək istəyən” ağıl
azdırıcıları da tanı! Sən osan ki, varsan.
Yaxşı, yaxud daha yaxşı olmağa düşündürən
tənqidçilərdən öyrən və öyrət!
13.04.2012